Müasir tipli Peşə Təhsili Mərkəzi vakansiya elan edir:
Vəzifə : Kitabxanaçı
Vəzifə öhdəlikləri:
- Mərkəzin kitabxana sistemini yaradır; - Kitabxananın kitab fondunun düzülüşünü və saxlanılmasını təşkil edir; - Kitabxana kataloqlarının təşkilində, ədəbiyyatın işlənməsində iştirak edir; - Dərslik fondunun yaradılmasında və qorunmasında iştirak edir; - Müxtəlif tədris ədəbiyyatının sistemləşdirilməsi, qorunması və tədris prosesində istifadəsini təmin edir - Tələbələrin kitabxanadan istifadəsinə şərait yaradır, müvafiq qeydiyyatını aparır; - Kitabxana fondunun elektron bazasını yaradır; - Kitabxana fondunun daim genişləndirilməsi və inkişafı üçün təkliflərlə çıxış edir; - Kitabxananın mühafizə rejimini formalaşdırır, və ona nəzarət edir; - Tələbələrin kitabxanadan istifadə etməli haqqında mütəmadi hesabatlar hazırlayır; - Kitabxananın iş rejiminə əməl edir; - Kitabxananın perspektiv inkişaf proqramlarının və iş planının hazırlanmasında birbaşa iştirak edir; - Mütaliə mədəniyyətini formalaşdıran kitabxana – biblioqrafiya biliklərini tələbələr arasında təbliğ edir.
Bilməlidir:
- Azərbaycan Respublikasının Konstitusiyasını - “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununu; - Daxili əmək intizamı qaydalarını; - Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını
Tələblər:
- ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil, kitabxanaçı vəzifəsində; - Müvafiq sahədə ən azı 3 il əmək stajının olması; - Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması; - Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.
Əmək şəraiti:
- İş saatları: 1-5 günlər saat 09:00-18:00 - Əmək qanunvericiliyinin bütün tələblərinin icrası - Əmək haqqı 1 000 (Bir min) manat
Maraqlı olanlar CV-ni “Kitabxanaçı” başlığı ilə universitastraining@gmail.com ünvanına göndərə bilər.
|