Müasir tipli Peşə Təhsili Mərkəzi vakansiya elan edir:
Vəzifə : Metodist (Sənaye, kənd təsərrüfatı və infrastruktur peşələri üzrə)
Vəzifə öhdəlikləri:
- Mərkəzin tədris prosesində fəaliyyət istiqamətləri üzrə işlərin vəziyyətini öyrənir, onun səmərəliliyinin artırılmasına dair təkliflər verir; - Mərkəzin fəaliyyət sahəsi üzrə metodik tövsiyə, vəsait, tədris plan və proqramları, tədris-metodiki sənədlərini hazırlayır və təsdiq edilməsini təşkil edir.; - Müvafiq bölmələr üzrə seminar-müşavirə, təcrübə mübadiləsi, açıq dərslər və müzakirələr keçirir; - Təhsil proqramlarına uyğun tədris proqramlarının tərtibinə nəzarət edir; - Pedaqoji prosesin və onun nəticələrinin təhlili əsasında mərkəzin pedaqoji işçilərinin ustalığının yüksəldilməsi ilə məşğul olur; - Müvafiq sahədə qabaqcıl iş təcrübəsini öyrənir; - Mərkəzdə tədrisin müasir metodları, pedaqoji texnologiyalar və mexanizmlərdən istifadə etməklə fəaliyyət göstərməsini təmin etməkdə metodiki yardım göstərir; - Mərkəzdə metodik işin vəziyyətinin öyrənilməsi, müvafiq addımların atılması və təşkili üzrə məsləhətlər verir və kömək göstərir; - Beynəlxalq sferada müvafiq sahələr üzrə baş verən dəyişiklikləri izləyir və bu dəyişikliklərə əsasən müvcud tədris proqramında yenilənmələr edilməsinə nəzarət edir.
Bilməlidir:
- Azərbaycan Respublikasının qanunlarını; - Yaşlıların təhsili və ömür boyu təhsilin (Lifelong learning) tələblərini bilməlidir; - Müasir peşə tədris texnologiyalarını, online platformalar üzərindən tədrisin təşkilinin əsaslarını bilməlidir; - Müvafiq sahə üzrə beynəlxalq standartları; - Əməyin təşkilinin əsaslarını; - Daxili əmək intizamı qaydalarını; - Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını
Tələblər:
- Ali təhsil, müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi - Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması; - Azərbaycan dili mükəmməl, İngilis dili mükəmməl, rus dilini orta üst səviyyədə bilməlidir.
Əmək şəraiti:
- İş saatları: 1-5 günlər saat 09:00-18:00 - Əmək qanunvericiliyinin bütün tələblərinin icrası - Əmək haqqı 1 500 (Bir min beş yüz) manat
Maraqlı olanlar CV-ni “Metodist (Sənaye, kənd təsərrüfatı və infrastruktur peşələri üzrə)” başlığı ilə universitastraining@gmail.com ünvanına göndərə bilər.
|