Müasir tipli Peşə Təhsili Mərkəzi vakansiya elan edir:
Vəzifə : Direktor müavini
Vəzifə öhdəlikləri:
- Məktəbin tədris və istehsalat fəaliyyətinə rəhbərlik edir; - Pedaqoqların, təlimçilərin və digər işçilərin seçilib-yerləşdirilməsində, tədrisin təşkilində iştirak edir; - Tədris işlərinin planlaşdırılması və uçotunu, metodik işləri təşkil edir; - Təlim – Tədris şöbəsinin müdiri ilə birlikdə pedaqoq və təlimçilərin işini əlaqələndirir; - Pedaqoqların tədris yükünü müəyyənləşdirir, dərs cədvəlini hazırlanmasında, onun icra edilməsinə rəhbərlik və nəzarət edir; - Mərkəzə tələbə qəbulu, tədris qruplarının komplektləşdirilməsi, tələbələrin kursdan – kursa keçirilməsi və buraxılışı, məzunların işə göndərilməsi sahəsində iş aparır; - Tədris planı və proqramlarının yerinə yetirilməsinə, tələbələr tərəfindən tədris materiallarının mənimsənilməsi səviyyəsinə, onların intizamına və dərsə davamiyyətinə, mühəndis-pedaqoji işçilərin fəaliyyətinə nəzarəti həyata keçirir; - Tələbələrin texniki yaradıcılıq işini, kabinetlərin əyani vəsait və təlimin texniki vasitələrlə təmin olunmasını təşkil edir; - Tədris proqram sənədlərinin tərtibini, məktəbin tədris – istehsalat fəaliyyətinə dair hesabat və uçot işlərini həyata keçirir; - Qabaqcıl təcrübənin öyrənilməsinə və tətbiqinə rəhbərlik edir; - Tərbiyə işlərinin təşkili ilə də məşğul olur və müvafiq vəzifələri həyata keçirir; - Tələbələrin istehsalat təlimini vətənpərvərlik, hüquqi, mənəvi tərbiyə ilə sıx əlaqə şəraitində aparmasını təmin edir, onların mədəni istirahətinin və sinifdənkənar tədbirlərinin təşkilinə rəhbərlik edir; - İstehsalat təcrübəsi zamanı tələbələr arasında tərbiyə işlərinin aparılmasını təmin edir; - Tərbiyə sahəsində qabaqcıl təcrübəni öyrənir və yayır; - İşəgötürənlə, əmək bazarının təmsilçiləri və sosil tərəfdaşlar ilə əlaqələrin qurulması prosesini təşkil edir; - İşəgötürənlərin və əmək bazarının tələblərinə uyğun peşə istiqamətlərinin tədrisi ilə bağlı təkliflər hazırlayır.
Bilməlidir:
- “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; - Yaşlıların təhsili və ömür boyu təhsilin (Lifelong learning) tələblərini bilməlidir; - Təhsil və elm sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; - Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; - Peşə təhsili infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsini; - Peşə təhsili üzrə qüvvədə olan dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları); - Bazar iqtisadiyyatının və əmək bazarının tələbatı ilə uzlaşan peşələrin müəyyən edilməsini; - Peşə təhsili proqramlarının (kurikulumların) peşə standartlarına uyğun qurulmasını; - İdarəetmənin təşkilini; tədris planı və proqramlarının tərtibini, tədris-metodiki sənədlərlə işi; - Müəssisədaxili nəzarəti; - Təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrini, qabaqcıl ölkələrdə fəhlə kadrlarının hazırlanması sahəsindəki təcrübəni; - Müəllimlərin əməyinin tarifləşdirilməsini; - Müasir təlim-tərbiyə metodlarını; pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini; - Müasir peşə tədris texnologiyalarını, online platformalar üzərindən tədrisin təşkilinin əsaslarını bilməlidir; - Yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını; - İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini; - Təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; - Əmək qanunvericiliyini; təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrinin inkişaf istiqamətlərini, təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətini, statistikanın əsaslarını; - Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Tələblər:
- Pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil və ya təhsil müəssisəsinin profilinə uyğun ali təhsil; - Pedaqoji və ya rəhbər vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı; - Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması; - Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.
Əmək şəraiti:
- İş saatları: 1-5 günlər saat 09:00-18:00 - Əmək qanunvericiliyinin bütün tələblərinin icrası - Əmək haqqı 2 000 (İki min) manat
Maraqlı olanlar CV-ni “Direktor müavini” başlığı ilə universitastraining@gmail.com ünvanına göndərə bilər.
|