Müasir tipli Peşə Təhsili Mərkəzi vakansiya elan edir:
Vəzifə : Tədris avadanlıqlarının istismarı üzrə texnik
Vəzifə öhdəlikləri:
- Avadanlıqların profilaktik təmir/baxım cədvəllərini hazırlayır; - Profilaktik təmir işləri üzrə tələb və sifarişləri müəyyənləşdirir; - Avadanlıq istifadiçiləri ilə əlaqədə olur, ehtiyac duyulduqda müvafiq menecerlər ilə əlaqə yaradır; - Müvafiq avadanlıqlardan istifadədə əmkdaşlara və tələbələrə təlimlər keçir; - Avadanlıqlar üzrə müvafiq qeydləri və hesabatları hazırlayır; - Avadanlıqdan istifadə edənlərə təhlükəsiz iş vərdişlərini öyrədir; - Mütəmadi olaraq avadanlıqların inventarizasiyasını aparır; - Avadanlıqlardan istifadə edən tələbələrin qeydiyyatını aparır, istifadə prosesində biləvasitə iştirak edir.
Bilməlidir:
- Mərkəzin fəaliyyətinə aid təşkilati-inzibati sənədlər və digər orqanların normativ materialları; - Avadanlıqlardan istifadə qaydası; - ekoloji qanunvericiliyin əsasları; - Daxili əmək intizamı qaydalarını; - Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını
Tələblər:
- Ali peşə (texniki) təhsili - Avtomatlaşdırma, elektronika və mexaniki təmir üzrə biliklər; - Beynəlxalq tipli elektron avadanlıqlar ilə iş təcrübəsi; - Müvafiq sahədə ən azı 5 il əmək stajının olması; - Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması; - Azərbaycan dili mükəmməl, İngilis dili mükəmməl, rus dilini orta üst səviyyədə bilməlidir.
Əmək şəraiti:
- İş saatları: 1-5 günlər saat 09:00-18:00 - Əmək qanunvericiliyinin bütün tələblərinin icrası - Əmək haqqı 1 000 (Bir min) manat
Maraqlı olanlar CV-ni “Tədris avadanlıqlarının istismarı üzrə texnik” başlığı ilə universitastraining@gmail.com ünvanına göndərə bilər.
|