Müasir tipli Peşə Təhsili Mərkəzi vakansiya elan edir:
Vəzifə : SƏTƏMM üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməsi; - İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməsi; - İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi; - İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməsi; - Müvafiq nümayəndələr ilə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması; - Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməsi; - Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi; - Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi; - Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi; - Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi; - Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi; - İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməsi; - Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında iştirak etməsi; - SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etməsi; - İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməsi; - İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini saxlatdırması; - Potensial təhlükə mənbəyi olan iş metodlar, proseslər, və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirləri məsləhət görməsi; - İş şəraitini, avadanlıqları, və təcrübələri təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etməsi və qiymətləndirməsi. Keyfiyyət üzrə dövri qiymətləndirmələr və özünü qiymətləndirmə sistemləri hazırlamaq.
Bilməlidir:
- Azərbaycan Respublikasının qanunlarını; - Müvafiq sahə üzrə beynəlxalq standartları; - Əməyin təşkilinin əsaslarını; - Daxili əmək intizamı qaydalarını; - Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını
Tələblər:
- Ali təhsil, müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi; - SƏTƏMM mühəndisliyi üzrə sertifikatı olmalıdır; - Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması; - Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.
Əmək şəraiti:
- İş saatları: 1-5 günlər saat 09:00-18:00 - Əmək qanunvericiliyinin bütün tələblərinin icrası - Əmək haqqı 1 000 (Bir min) manat
Maraqlı olanlar CV-ni “SƏTƏMM üzrə mütəxəssis” başlığı ilə universitastraining@gmail.com ünvanına göndərə bilər.
|