Təlim – Tədris şöbəsinin müdiri
 
JOB TITLE: Təlim – Tədris şöbəsinin müdiri
EMPLOYER: Müasir tipli Peşə Təhsili Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-08 LAST UPDATED: 2021-02-09 DEADLINE: 2021-03-10

Müasir tipli Peşə Təhsili Mərkəzi vakansiya elan edir:

Vəzifə : Təlim – Tədris şöbəsinin müdiri

Vəzifə öhdəlikləri:

- Tələbələrin tədris planına uyğun dərslərinin keçirilməsini təşkil edir;
- Tədrisin tam tsikl üzrə təşkilini təmin edir (planlama, tədrisin təşkili, inzibati hazırlığı, tədrisin keyfiyyətinin qiymətləndirilməsi, müdavimlərin performanslarının dəyərləndirilməsi və sertifikasiya);
- İmtahan prosesinin dünya standartlarına uyğun şəkildə təşkil edilməsi işini təşkil edir;
- Mərkəzdə tədris olunan fəaliyyət sahələrinin nəzərdə tutulmuş təlim proqramlarına əsasən təşkil olunmasına nəzarət edir;
- Dünya təcrübəsində tədris proqramlarının standartları üzrə baş verən dəyişiklikləri izləyir və mpvcud kurrikulumlara tətbiqinə nail olur;
- Tədris cədvəllərinin təşkilini kordinasiya edir;
- Kənar təlimçilərin fəaliyyətini kordinasiya edir;
- Əmək bazarının araşdırır və ehtiyac duyulan fəaliyyət sahələri üzrə təlim proqramlarının hazırlanmasına dair təkliflər verir;
- Mərkəzin kitabxana sisteminin qurulmasında biləvasitə iştirak edir;
- Şöbənin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Mərkəzin rəhbərliyinə təqdimat verir;
- Müvafiq olaraq şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
- Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
- Şöbəni təmsil edir;

Bilməlidir:

- “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını;
- Təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
- Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini;
- Yaşlıların təhsili və ömür boyu təhsilin (Lifelong learning) tələblərini bilməlidir;
- Tədrisin təşkili ilə bağlı Nazirlər Kabineti və Mərkəzi icra hakimiyyəti orqanlarının müvafiq qərarları və qaydalarını;
- İdarəetmənin təşkilini;
- Təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrini, qabaqcıl ölkələrdə fəhlə kadrlarının hazırlanması sahəsindəki təcrübəni;
- Əmək qanunvericiliyini;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Tələblər:

- Ali təhsil, müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi olan
- Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Azərbaycan dili mükəmməl, İngilis dili mükəmməl, rus dilini orta üst səviyyədə bilməlidir.

Əmək şəraiti:

- İş saatları: 1-5 günlər saat 09:00-18:00
- Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
- Əmək haqqı 1 600 (Bir min altı yüz) manat

Maraqlı olanlar CV-ni “Təlim – tədris şöbəsinin müdiri” başlığı ilə universitastraining@gmail.com ünvanına göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP