Müasir tipli Peşə Təhsili Mərkəzi vakansiya elan edir:
Vəzifə : Tədris prosesinin təşkili üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Təlim – tədris cədvəllərinin, auditor və laborator təlimlərin (nəzəri və praktiki) təşkili cədvəllərinin hazırlanması; - Həftəlik, aylıq və illik tədris proqramlarının hazırlanması; - Tədrisin icrasına nəzarət işinin təşkil olunması; - Tədris prosesinin təşkili ilə bağlı öhdəliklərin, təhsil alan və təhsil verənlər ilə tədris cədvəllərinin hazırlanması, müvafiq zamanların uyğunlaşdırılması prosesinin təşkil olunmas; - Tədrisə zəruri olan avadanlıqların, vəsaitlərin, pre-rekvizitlərin hazırlanması prosesinin təmin edilməsi; - Mərkəzdə tədris prosesinin təşkil olunması; - Dərslərdə davamiyyət məsələlərinin qeydiyyatını aparır; - Mərkəzdə fəaliyyət göstərən kənar təlimçilərin fəaliyyətini kordinasiya edir; - Mərkəzdə tədris olunan fəaliyyət sahələri üzrə müvafiq təlimçilərdən ibarət baza formalaşdırır; - Təlimçilərin Mərkəzdə dərs qrafikləri üzrə təlim prosedurlarında iştiraklarını təmin edir; - Tədris prosesinda tələbələrin qiymətləndirmələrini həyata keçirir;
Bilməlidir:
- Azərbaycan Respublikasının qanunlarını; - Müvafiq sahə üzrə beynəlxalq standartları; - Tədrisin təşkili ilə bağlı Nazirlər Kabineti və Mərkəzi icra hakimiyyəti orqanlarının müvafiq qərarları və qaydalarını; - Əməyin təşkilinin əsaslarını; - Daxili əmək intizamı qaydalarını; - Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını
Tələblər:
- Ali təhsil, müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi - Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması; - Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.
Əmək şəraiti:
- İş saatları: 1-5 günlər saat 09:00-18:00 - Əmək qanunvericiliyinin bütün tələblərinin icrası - Əmək haqqı 1 300 (Bir min üç yüz) manat
Maraqlı olanlar CV-ni “Tədris prosesinin təşkili üzrə mütəxəssis” başlığı ilə universitastraining@gmail.com ünvanına göndərə bilər.
|