“GLA” (Gaming League Azerbaijan) şirkəti qrafik dizayner pozisiyası üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Gündəlik dizayn işləri ilə bağlı tapşırıqların yerinə yetirilməsi; - Şirkətin fəaliyyəti ilə bağlı korporativ və promo materiallarının dizayn işlərinin yerinə yetirilməsi; - Brandbook, loqotiplərin, korporativ məhsullarının dizaynlarının yaradılması; - Sosial Media hesabları üçün posterlərin hazırlanması; - Ə/h başlanğıc 650 AZN; - İş qrafiki: Bazar ertəsi - Cümə, saat 09:00-dan 18:00-dək, Şənbə günü, saat 10:00-dan 16:00-dək;
Namizədə tələblər:
- Adobe Creative Suite (CS) proqramları, xüsusilə Adobe Photoshop, Adobe İllustrator ilə işləmək bacarığı; - Azərbaycan və rus dili bilikləri, ingilis dili üstünlükdür; - Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking); - Detallara diqqət yetirmək bacarığı və öz fikirlərinin mövcudluğu - Daim yenilənən dizayn trendlərini izləmək və cari trendləri gündəlik işlərdə tətbiq etmək - Dizayn qabiliyyəti inkişaf etmiş, yaradıcı və xəyal gücü yüksək - Zaman və resursların düzgün idarə olunması bacarığı - Dizayn sahəsində minimum 1 il iş təcrübəsi; - Dizayn trendlərindən xəbərdar olması; - Detallara diqqətli, nizamlı olması; - Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı; - Əzmkarlıq, düzgünlük, çalışqanlıq; - İndesign və ümumi vebsayt dizayn bilikləri üstünlükdür.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində vakansiyanın adını qeyd etməklə (“Qrafik dizayner”) öz CV forması və portfoliolarını career_azerbaijan@database.az elektron ünvanına göndərməkləri xahiş olunur.
|