.jpeg)
"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur. "Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vakansiya: Hüquq işləri üzrə inzibatçı
Tələblər:
• Təhsil: ali (hüquq təhsili olanlara üstünlük veriləcək); • Azərbaycan dilini səlis, rus dilini orta səviyyədə bilməlidir; • Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır; • Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı; • Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı
Vəzifələr:
• Müxtəlif hüquqi sənədlərin hazırlanması • Müvafiq məlumat bazası yaratmaq • Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə • Əmək haqqı: 500 AZN • İş vaxtı: həftənin 5 günü tam, 6 gün qısa iş günü, istirahet günü: bazar Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/kkwj2n3m
|