Texniki dəstək şöbəsinin Mütəxəssisi
 
JOB TITLE: Texniki dəstək şöbəsinin Mütəxəssisi
EMPLOYER: Yelo Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-08 LAST UPDATED: N/A DEADLINE: 2021-03-10

İyirmi yeddi ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda İnformasiya Texnologiyaları departaementinin Texniki dəstək şöbəsinin Mütəxəssisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.

Siz elektron poçtun “mövzu” yerinə “İnformasiya Texnologiyaları departaementinin Texniki dəstək şöbəsi / Mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.yelo.az

Struktur: İnformasiya Texnologiyaları departamentinin Texniki dəstək şöbəsi
Vəzifə: Mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament rəhbəri

Vəzifə öhdəlikləri:

• Texniki dəstəyin göstərilməsi;
• Texniki dəstəyin idarəetmə metodologiyasına, standartlarına uyğun olaraq təşkili;
• Texniki dəstək verilməsinə maneə olan problemlərin həll edilməsi, səlahiyyəti aşan bu tip problemlərin həll edilməsi üçün birbaşa rəhbər şəxsə məlumatın verilməsi;
• Texniki dəstəyin səmərəlik göstəricilərinin əldə edilməsi və bu göstəricilərə nəzarət;
• Texniki dəstək şöbəsinin gördüyü işlər üzrə hesabatların tərtibi;
• Göstərilən texniki dəstəyin müddət standartlarına riayət edilməsi;
• Göstərilən texniki dəstəyin son addıma qədər doğru aparılması;
• Texniki dəstəyin effektivliyinin təmin edilməsi;
• Texniki dəstək çərçivəsində Bankın bölmələri arasında qarşılıqlı əlaqənin dəstəklənməsi;
• Avadanlıqların quraşdırılması və onlarda yaranan texniki problemlərin həlli;
• Windows əməliyyat sistemində və sürətli pul köçürmələri sistemində yaranan problemlərin həlli.

Tələblər:

• IT sistemlərinin idarə edilməsi sahəsində ən azı 3 il iş təcrübəsi;
• Windows əsaslı serverlərin quraşdırılması, konfiqurasiyası və idarə edilməsi;
• MS proqram təminatı məhsullarını üzrə biliklər (AD, GPO, MS Exchange və s);
• Sürətli pul köçürmələri və onların idarə olunması (HÖP, Monex, Contact, WU və s.);
• Bankın dəyərlərinə uyğun davranış;
• Bankın mövcud biznes prosesləri, işin təşkili, prinsipi və texniki işlərin icra olunma ardıcılığı barədə məlumat;
• Jira sistemində sorğuların idarə olunması;
• Daxil olan zənglərin yönəldilməsi və sorğularının qeydiyyatı;
• Dil tələbləri: Azərbaycan, İngilis, Rus (Rus dili bilməsi arzuolunandır);
• Daxili sənədlərin tərtibi və onların icrası.

İş müddətində əldə edəcəksiniz:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək haqqı və iş qrafiki;
• Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP