
Azərbaycanda distribütor şirkətləri sırasında TOP 5-likdə yer alan Şam-Fi, Azərbaycan bazarında tələb olunan özünü təsdiqləmiş, yüksək keyfiyyətli məhsulların Azərbaycan istehlakçısına çatdırılmasını həyata keçirir. Rusiya, Hollandiya, İtaliya, Belçika, Almaniya, Türkiyə və s. ölkələrdən 60-dan çox marka üzrə ölkənin bütün bölgələrində satışı təşkil edilir.
1100 nəfərdən çox işçi heyəti olan Şam-Fi MMC ali məktəbdən yeni məzun olmuş, iş təcrübəsi olmayan, yüksək səviyyədə rus dili biliyi olan gənclərə marketinq sahəsində karyera imkanı yaradır.
Namizədə tələblər:
- Yaş: 20-28 - Təhsili: ali - Dil bilikləri: Azərbaycan dili (əla), rus (əla) dili əsas tələbdir - Komputer bilikləri: MS Office (Excel yaxşı səviyyədə) - Ünsiyyət qurmaq və izahetmə qabiliyyəti - Səlis, aydın danışıq tərzi
İş haqqında:
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə - Həftə 5 iş günü, 09:00-18:00 iş saatları - Əmək haqqı: 400 AZN (başlanğıc olaraq) Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Marketinq üzrə kiçik mütəxəssis” qeyd edərək cv@sham-fi.az mail ünvanına göndərə bilərlər.
|