Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: ZZ Procurement DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-09 LAST UPDATED: N/A DEADLINE: 2021-03-11

Mühasib

İş barədə məlumat

• Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
• Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
• Proqram üzrə mühasibat yazılışlarının verilməsi
• Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
• Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
• Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması
• Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması
• Elektron Qaimə Faktrura, Hesab Fakturalarının hazırlanması
• Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
• İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
• Rəhbərlik tərəfindən verilən tapşırıqlar vaxtında yerinə yetirilməsi.

Tələblər:

- Azərbaycan dili əla, Rus dili və ingilis dili üstünlükdür
- Komandada işləmək qabiliyyəti
- Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi
- 1C proqramını bilməli
- Vergi məcəlləsi üzrə biliklər

- İş yeri: Sumqayıt
- İş günü: Bazar ertəsi - Şənbə
- İş saatı: Bazar ertəsi - Cümə 09:00-dan 18:00-dək, Şənbə 09:00-15:00
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək haqqı 500-600 azn

Xahiş olunur vakansiyanın adını mövzu yerinə qeyd etməklə CV-lərinizi askarovorkhan@gmail.com ünvanına göndərəsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP