Mexantronika mühəndisi
 
JOB TITLE: Mexantronika mühəndisi
EMPLOYER: RD SMART DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-09 LAST UPDATED: N/A DEADLINE: 2021-03-09



RD Smart” QSC şirkəti 2019-cu ildə Bakı şəhərində qurulub. "Made in Azerbaijan” brendi ilə müasir texnolocı məhsul istehsalına və xidmətlərin göstərilməsinə təkan vermək, habelə həmin brendlərin beynəlxalq arenaya çıxmasına şərait yaratmaqdır.
Regionların İnkişaf Proqramının məqsədlərinirəhbər tutaraq, Bakı və Azərbaycanın regionlarında (rayon, şəhər, kənd və qəsəbələrində) istehsal olunmuş muasir avadanlıqlar, qurğu və cihazları quraşdırmaqla, onların fasiləsiz vahid “ağıllı sistem” altında çalışmasını tətbiq etməkdir.

Vakansiya: Mexantronika mühəndisi

Namizədə tələblər:

• Avtomatik sənaye sistemləri, robot texnikaları və maşın texnikaları sahəsində təcrübəli;
• Autocad,Solidworks,Fusion 360, 3D Studio Max kimi proqramlarda işləməyi bilən;
• Elektrik çertyojlarını anlayan;
• Sənaye robot texnikaları və robot montaj xətlərini bilən;
• Stress altında işləməyi bacaran;
• Yüksək ünsiyyət bacarığı, öğrənməyə həvəsli olan;
• Komanda ilə işləməyi bilən.

Vəzifə öhdəlikləri:

• Mövcud istehsal proqramında dəyişiklik etmək;
• Maşın və maşın texnikaları dizaynını etmək;
• İstehsal, montaj və istehlak proseslərini idarə etmək;
• İstehsal proqramını hazırlamaq;
• Layihə sənədlərini hazırlamaq və analiz etmək;
• İnkişaf edən texnologiyaların izlənilməsi və istehsala uyğunlaşdırılması;
• Layihə üçün lazımi ləvazimatların seçiminə köməklik etmək;
• Digər departamentlərlə kordinasiyalı işləmək;
• Prototip məhsulun montaj etmək, test etmək və işə salınmaq.

İş qrafiki: 09:00 - 18:00 (5 günlük iş qrafiki)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 08 mart, 2021-ci il tarixinədək hr@rdsmart.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Mexatronika mühandisi) göstərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP