
Analitika üzrə mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssisi (İnsan Resurslarının idarə edilməsi Departamenti)
Ümumi məlumat
Kapital Bank namizədləri İnsan resurslarının idarə edilməsi departamentinin Qiymətləndirmə və motivasiya şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• Əməkdaşların aylıq və illik fəaliyyət göstəricilərinin təhlili; • Əməkdaşların fəaliyyət göstəricilərinə uyğun olaraq bonus hesablanmalarının aparılması; • Maddi motivasiya sisteminin hazırlanması və təkmilləşdirilməsi üçün təkliflər vermək; • Fəaliyyət göstəricilərinin təhlili və bonus hesablanması zamanı istifadə olunan hesabatların optimallaşdırılması; • HR proseslər üzrə təhlillərin aparılması.
Tələblər:
• Ali təhsilin olması; • Maliyyə sahəsində minimum 2 il iş təcrübəsi; • Əla səviyyədə Excel biliyinin olması; • Analitik düşünmə qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
|