 Kiçik hüquqşünas
Vəzifə öhdəlikləri:
• Bankın struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn məsələlər üzrə hüquqi rəy verilməsi; • Bankın daxili normativ sənədlərinə dair hüquqi rəylərin verilməsi, Şöbənin daxili normativ sənədlərinin layihələrinin hazırlanması; • Qanunvericilikdəki yenilikləri daim nəzarətdə saxlamaq və yeniliklərlə bağlı bülletenlərin hazırlanması; • Korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı müvafiq dövlət qurumlarında qeydiyyat işlərinin aparılması; • Bankın tərəfdaşları ilə bağlanan müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi; • Şöbəyə daxil olan sənədlərin hesabatlılığının təmin edilməsi; • İcraatında olan işləri tam nəzəratdə saxlamaq, işlərə dair nəticənin əldə olunması istiqamətində gecikmələrə yol verməmək, icraatında olan işlərdən tam məlumatlı olmaq; • Rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:
• Ali Hüquq təhsili; • Müvafiq sahədə ən azı 6 aylıq iş təcrubəsi; • Mülki, bank və əmək qanunvericiliyini bilmək; • Azərbaycan dilini mükəmməl, ingilis və ya rus dilini orta səviyyədə bilmək; • Regionlara səfər etmək imkanına malik olmaq; • Microsoft və ofis proqramlarını mükəmməl bilmək; • Məlumatların təhlili və düzgün təqdim bacarıqlarına malik olmaq; • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik; • Komandada işləmək bacarığı və istəyi.
Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
|