
Caspian Event Organisers şirkəti “Texniki menecer” vakansiyası elan edir.
İş barədə:
• Sərgi və tədbir yerləşmə planlarının hazırlanması • Sərgi stendlərinin, o cümlədən fərdi stendlərin dizaynı və çəkilməsi • Müştərilərlə danışıqların aparılması • Stendlərin və texniki xidmətlərin satışının həyata keçirilməsi • Texniki sifarişlərin toplanması, koordinasiya edilməsi və icrasına nəzarət edilməsi • Sərgi və tədbirlərin montaj və demontajı zamanı işin koordinasiya edilməsi və nəzarət • Podratçılarla işin koordinasiyası və nəzarəti • Hesabatların hazırlanması • Digər ofislərin texniki şöbələri ilə işin koordinasiyası
Tələblər: • Ali təhsil • Bu sahədə iş təcrübəsi • Kompüter bilikləri: Windows, MS Office, CorelDraw, AutoCAD, 3DSMax proqramlarında əla səviyyədə işləmə bacarığı • Azərbaycan, rus və ingilis dillərini sərbəst bilməli • Fərdi və komandada işləmə bacarığı • İntizamlı, analitik bacarıq, problem həll etmə qabiliyyəti və detallara diqqət nümayiş etdirməli • Vaxtın idarə edilməsi bacarığı (dedlaynlarla işləmə qabiliyyəti) • Dinamik mühitdə işləmək bacarığı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Texniki Menecer” yazaraq cv@ceo.az elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.
Şirkət haqqında
“Caspian Event Organisers” (CEO) şirkəti Azərbaycanda keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçısıdır.
|