
Vəzifə: Satış Divizionun rəhbəri
Yerləşmə: Bakı şəhəri
Tələblərimiz:
- Ali təhsil - Satış sahəsində rəhbər vəzifələrdə ən az 3 il iş təcrübəsi - Azərbaycan və rus dillərində yüksək səviyyədə bilik - Microsoft office proqramlarında yüksək səviyyədə işləmə bacarığı - Yaranan problemli situasiyaları təhlil və həll etmə qabiliyyəti - Mükəmməl dinləmə və nitq (şigahi və yazılı) bacarıqları - Güclü analitik və rasional düşüncə, problem həll etmə bacarıqları - Komandanı idarə etmək bacarığı.
Əsas öhdəliklər:
- Fərdi satış planının/məqsədlərinin (KPI) yerinə yetirilməsi; - Satış komandasının satış planının/məqsədlərinin (KPI) yerinə yetirilməsinə nəzarət; - Satış komandasının iş proseslərinə və mexanizmlərə icra etməsinə nəzarət; - Satış komandasının əməkdaşlarının effektiv işinə nəzarət; - Dövri hesabatların aparılması; - Debitor borclarının bağlanmasının təhlili və ona nəzarət; - Debitor borcunun aşkarlanması və azaldılması üzrə tədbirlərin hazırlanması və tətbiq edilməsi; - Pul vəsaitərinin geri qaytarılmasına nəzarət, müştərilərlə kommunikasiya; - Satış komandasında hesabatlılıq sisteminin təşkili və aparılması; - Müxtəlif kəsiklərdə satış qıflarında konversiyanın analitikası; - Satış komandasına əməkdaşların işə götürülməsi və təlimləndirilməsi, habelə motivasiya edilməsi; - Əsas tərəfdaşlara/müştərilərə (key account) birbaşa satışların edilməsi; - Satış həcminin artırılması üçün kompleks tədbirlərin təşkil edilməsi; - Satış komandasının əməkdaşlarının efffektiv qarşılıqlı əlaqəsinin təşkil edilməsi; - Satış komandasının əməkdaşlarının əmək şəraitinin yaxşılaşdırılması; - Şirkətin məhsul və xidmətlərinin satışının artırılması; - CRM, 1C və digər PT-da bütün uçot məlumatlarının düzgün aparılması; - Satış Departamentinin Reqlamentində qeyd edilmiş göstərişlərə və məqsədlər matrisinə əsasən KPI-lara riayət edilməsi; - Satış komandasının əməkdaşları ilə əlaqədar mübahisəli halların qarşısının alınması və həll edilməsi.
Necə müraciət etməli:
Xahiş olunur rezümenizi məktubun “Satış Divizionun rəhbəri” qeyd etməklə talent@dersevi.az elektron poçt ünvanına göndərəsiniz.
Son tarix: 09.03.2021-ci il
|