Topçubaşov Mərkəzi - Beynəlxalq münasibətlər üzrə mütəxəssis
Vəzifə və öhdəliklər:
- Həvalə olunmuş region/tematika üzrə hadisə və prosesləri gündəlik əsasda izləmək; - Analitik rəy, məqalə və hesabatlar yazmaq, eləcə də Mərkəzin video-kontentinin hazırlanmasında iştirak etmək; - Müraciət olunduğu təqdirdə digər media orqanları, beyin mərkəzləri, təşkilat və şirkətlərə müsahibələr vermək, eləcə də yerli və beynəlxalq tədbirlərdə Mərkəzi təmsil etmək.
Tələblər:
- Beynəlxalq münasibətlər, siyasi elmlər, regionşünaslıq, təhlükəsizlik, siyasi iqtisad, beynəlxalq hüquq və ya digər əlaqəli sahələr üzrə ali təhsil; - Araşdırma, analitik yazı və təqdimat bacarıqları; - Azərbaycan və ingilis dillərində səlis yazı və danışıq qabiliyyəti (əlavə olaraq rus, fransız, alman və digər Avropa dillərini bilənlərə üstünlük veriləcək); - Komandada işləmək bacarığı, təşəbbüskarlıq və inkişaf üçün motivasiya; - MS Office, Google Drive və onlayn axtarış sistemləri üzrə təcrübə.
- 20-30 yaş qrupuna aid olan və aşağıdakı istiqamətlər üzrə ixtisaslaşmış namizədlərə üstünlük veriləcək: - Avropa İttifaqı institutları və mexanizmləri, eləcə də Şərq Qonşuluğu siyasəti; - Beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının fəaliyyəti; - “Şərq Tərəfdaşlığı”, xüsusilə Cənubi Qafqaz regionunda hərbi-siyasi təhlükəsizlik məsələləri.
Əmək haqqı iş rejimi və sahə üzrə təcrübədən asılı olaraq namizədlə razılıq əsasında müəyyən ediləcək.
Maraqlanan şəxslərin “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə öz tərcümeyi-halını (CV) və yazı nümunələrini (mövcud olduğu təqdirdə) info@top-center.org ünvanına göndərmələri xahiş olunur. Yalnız müsahibəyə dəvət edilən namizədlərlə əlaqə saxlanılacaq.
|