Topçubaşov Mərkəzi - Layihələr üzrə mütəxəssis
Vəzifə və öhdəliklər:
- Layihələrin planlaşdırılması, yazılması, icrası prosesinin koordinasiyası; - Layihələrin icrası üçün maraqlı tərəflərin və ixtisaslı kadrların cəlb edilməsi; - Yerli və beynəlxalq tədbirlərin idarə edilməsi, görüşlərin təşkili; - Yerli və əcnəbi həmkar təsisatlarla, o cümlədən ekspertlərlə münasibətlərin yaradılması, inkişaf etdirilməsi və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi.
Tələblər:
- İctimai münasibətlər, beynəlxalq əlaqələr, idarəetmə, siyasi elmlər, kommunikasiya və ya digər əlaqəli sahələr üzrə ali təhsil; - Mərkəzin fəaliyyətinə maraq və araşdırma istiqamətləri üzrə ümumi dünyagörüşü; - Ünsiyyət, təşkilatçılıq və təqdimat bacarıqları; - Azərbaycan və ingilis dillərində yazılı və şifahi kommunikasiya bacarıqları (əlavə olaraq üçüncü dil biliyi olanlara üstünlük veriləcək); - Komandada işləmək bacarığı, təşəbbüskarlıq və inkişaf üçün motivasiya; - MS Office, Google Drive, onlayn axtarış sistemləri və sosial media kanalları ilə iş üzrə təcrübə.
- 20-30 yaş qrupuna aid olan namizədlərə üstünlük veriləcək.
- Əmək haqqı iş rejimi və sahə üzrə təcrübədən asılı olaraq namizədlə razılıq əsasında müəyyən ediləcək.
Maraqlanan şəxslərin “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə öz tərcümeyi-halını (CV) info@top-center.org ünvanına göndərmələri xahiş olunur. Yalnız müsahibəyə dəvət edilən namizədlərlə əlaqə saxlanılacaq.
|