Satınalma üzrə aparıcı mütəxəssis
 
JOB TITLE: Satınalma üzrə aparıcı mütəxəssis
EMPLOYER: STP Global Cable DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-09 LAST UPDATED: 2021-02-24 DEADLINE: 2021-02-23

Sumqayıt Texnologiyalar Parkı” MMC – nin Biznes Vahidi “STP Global Cable” MMC, Satınalma üzrə aparıcı mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkarlığına güvənən, satınalma sahəsində müvafiq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün ideal namizəd :

- Ali təhsil;
- Müvafiq sahədə 3 - 5 il iş təcrübəsi;
- Microsoft Office proqramlarını bilməli;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus/ingilis dili bilgisi əlavə üstünlükdür);
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmalı;

Hansı işləri görəcəksiniz :

- Təchizat ehtiyaclarını proqnozlaşdırılması, proqnozlaşdırılan satınalma ilə işin icrası zamanı meydana çıxan fərqlərin araşdırılması və aradan qaldırılması;
- Tələb olunan məhsul/xidmət üzrə bazar araşdırmasının aparılması və analiz edilməsi;
- Tədarükçü şirkətlərlə danışıqlar və yazışmaların həyata keçirilməsi;
- Tədarükçü şirkətlərin fəaliyyətlərinin analizinin aparılması;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Etibarlı tədarükçülər bazasının yaradılması və idarə edilməsi və yenilənməsi ;
- Satınalma prosesinin prosedurlara uyğun formada həyata keçirilməsi;
- Risklərin minimallaşdırması məqsədi ilə müqavilə şərtlərinin analizinin aparılması;
- Şirkətdaxili xərclərin azaldılma siyasətinin həyata keçirilməsi;
- Struklardan gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirilməsi, satınalma sifarişlərinin hazırlanması və müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
- Qüsurlu və ya qəbul edilməsi mümkün olmayan yeni malların, xammalın və ya xidmətlərin təchizatçılar ilə müzakirə edilməsi və problemin aradan qaldırılması üçün islahedici və qabaqlayıcı tədbirlərin görülməsi;
- Sənədləşmə işlərinin (təkliflərin yığılması və qiymət cədvəllərinin hazırlanması) həyata keçirilməsi.
- Tapşırıqların müəyyən edilmiş müddətlərdə görülməsi;

Nə əldə edəcəksiniz ?

- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Davamlı karyera imkanı;

Əlavə məlumatlar :

- Əmək haqqı 1200-1500 AZN (net);
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə aparıcı mütəxəssis” yazaraq, 10 mart 2021 – ci il tarixinədək, cv@stp.az , hrglobalcable@stp.az ünvanlarına göndərilməsi xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP