
“Mətanət A” şirkəti Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis(İSO) vakansiyasını elan edir Vəzifə öhdəlikləri:
• İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 14001:2015 Ekoloji Menecment standartlarına (EMS) keçidlə bağlı şirkətin normativ sənədlərini yeniləmək. Zəruri sənədləri hazırlamaq; • Şirkətin struktur bölmələrində KİS və EMS üzrə daxili proseduraların tətbiqinə nəzarət etmək, • Daxili təlimlərin keçirilməsi və tədrisin qiymətləndirilməsi; • Təlimatların, iş axını sxemlərin, nəzarət kartların hazırlanması və razılaşdırlmasını təmin etmək; • İSO 9001:2015/EMS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək; • Şirkətin struktur bölmələrinin İSO 9001:2015/EMS idarəetmə sistemi üzrə daxili auditlərinin aparılması; • İSO 9001:2015/EMS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək; • Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili; • Yeni normativ və standartların tətbiqi ilə bağlı vaxtı-vaxtında zəruri olan tədbirlərin həyata keçirilməsi; • Müntəzəm şəkildə gündəlik olaraq iş yerlərində texnoloji intizama (texnoloji proseslərin düzgün yerinə yetirilməsinə) riayət edilməsini nəzarət altında saxlamaq; • Təlimatların yerinə yetirilməsini nəzarət altında saxlamaq; • Uyğunsuzluğun təhlilində iştirak etmək;
İş şəraiti:
• İş saatı: 09-00-dan 18-00-dək; • İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı:
• Razılaşma yolu ilə.
Tələblər:
• Yaş həddi: 25-45 • Ali təhsilli (menecment, və ya standartlaşdırma və sertifikasiya sahəsində) və ya texniki yönümlü ali təhsil; • Analoji sahədə ən azı 3 il iş təcrübəsi; • Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 9001:2015, İSO 9001:2015 sertifikatlara malik olması); • İSO 14001:2015 - Ekoloji Menecment Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 14001:2015 sertifikatlara malik olması); • KİS və EMS daxili audit sahəsində müvafiq kurslarda iştirak; • Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini sərbəst istifadəçi səviyyəsində bilməli; • Microsoft Office proqramlarını əla səviyyədə bilməli.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin.
|