Satınalma şöbəsinin rəhbəri
 
JOB TITLE: Satınalma şöbəsinin rəhbəri
EMPLOYER: Performance Center Co DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-10 LAST UPDATED: 2021-02-10 DEADLINE: 2021-03-12

Satınalma şöbəsinin rəhbəri (Avtomobil, ehtiyat hissələri və avtomobil aksesuarları üzrə)

İş barədə məlumat:

• Beynəlxalq və xarici şirkətlərlə rəsmi danışıqların aparılması, iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması;
• Satış planlamasına əsasən satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
• Yerli və xarici bazarın araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
• Daşıma şirkətləri, təchizatçıların və xidmət təminatçılarının texniki və maliyyə təhlili üzrə müqayisəsinin aparılması, müqayisəni göstərən sənədin yaradılması və təchizatçıları texniki və maliyyə ballarına görə dərəcələrə bölünməsi;
• Sifariş verilmiş avtomobillərin logistikasının təşkili ( daşıma şirkəti və istehsalçı zavod ilə əlaqənin qurulması, daşıma şərtlərinin razılaşdırılması, çıxma və son təyinat tarixinin müəyyənləşdirilməsi, məhsulun marşrut və cari statusuna, gömrük əməliyyatlarına nəzarətin təmin edilməsi.)
• Qəbul olunmuş avtomobillərdə, onların hissələrində aşkar olunmuş qüsurlar barədə təchizatçının məlumatlandırılması, zəmanət işləri üzrə danışıqların aparılmasında iştirak;
• Beynəlxalq tədbirlərdə və sərgilərdə iştirak, şirkətin beynəlxalq görüşlərdə təmsil olunması.

Vəzifə ilə bağlı tələblər:

• Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı;
• Ali təhsil;
• Planlama, analiz və idarəetmə bacarığı;
• MS Office (MS Word, MS Excel, MS PowerPoint) üzrə mükəmməl biliyin olması;
• Xarici ölkələrə ezamiyyələrə hazır olması;
• Yaş həddi: 25-40.
• Cinsi: kişi
• Müvafiq məhsulların satınalınması sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək.

Əlavə məlumat

• Əmək haqqı: 1500-2000 AZN
• İş saatı: 09:00 – 18:00, altıgünlük

CV-lərinizi hr@performance-center.az ünvanına "Satınalma şöbəsinin rəhbəri" başlığı ilə göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP