
Azərbaycanda distribütor şirkətləri sırasında TOP 5-likdə yer alan Şam-Fi, Azərbaycan bazarında tələb olunan özünü təsdiqləmiş, yüksək keyfiyyətli məhsulların Azərbaycan istehlakçısına çatdırılmasını həyata keçirir. Rusiya, Hollandiya, İtaliya, Belçika, Almaniya, Türkiyə və s. ölkələrdən 60-dan çox marka üzrə ölkənin bütün bölgələrində satışı təşkil edilir.
1100 nəfərdən çox işçi heyəti olan Şam-Fi MMC “SQL Developer” vəzifəsi üzrə işçi axtarışındadır.
İş haqqında məlumat:
• Verilənlər bazası üzrə verilən tapşırığa uygun yeni sorğuların yazılması • Yeni hesabatların yazıması və mövcud hesabat sorgularının dəstəklənməsi • Mövcud sorğular üçün performance tuning və optimallaşdırma çalışmasının edilməsi • Mövcud biznes mühitinə uyğun yeniliklərin araşdırlıb test və real sistemlərdə tətbiq olunması • Müxtəlif İT və Biznes komandalar ilə əlaqələrin qurularaq mümkün texniki həllərin təklif olunması • Anlaşıqlı və sənədləşdirilmiş kodların yazılması
İş Şərtləri:
• İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək • Əmək haqqı: 1500-2000 AZN • Qanunvericiliyə uyğun sənədləşmə
Namizəd üçün tələblər:
• Kompüter Elmləri və ya Kompüter Mühəndisliyi üzrə Bakalavr və ya Master dərəcəsi • SQL bilikləri • MS SQL, Oracle , MySql verilənlər bazaları üzrə biliklər (Ən azı biri ilə təcrübə) • DWH (Data Warehouse) üzrə biliklər üstünlükdür • ETL haqqında biliklər • BI Texnologiyaları ilə təcrübə arzuolunandır • Logo ERP sistemi üzrə iş təcrübəsinin olması arzuolunandır • Hər hansı Obyekt yönümlü Proqramlaşdırma dillərindən birini bilmək üstünlükdür • Yaxşı komanda ruhu • Təhlil əsasında qərar vermə, Analitik düşünmə qabiliyyəti • Güclü ünsiyyət və araşdırma bacarıqları. • Əlaqədar sahələrdə minimum 2 illik təcrübə • Əlaqədar sahələrdə sertifikatın olması prioritetdir. • Sərbəst azərbaycan, rus və ingilis dilini bilənlərə üstünlük verilir
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “SQL Developer” qeyd edərək hr@sham-fi.az mail ünvanına göndərə bilərlər.
|