
Vəzifə: "Qazax" filialının Müştəri xidməti şöbəsinin mütəxəssisi İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə Şəhər: Qazax
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili; • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün); • Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır; • Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq; • Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti; • Riyazi hesablama aparmaq qabiliyyəti; • Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti; • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı; • Yüksək qavrama və öyrənmə qabiliyyəti; • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı; • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; • Kompüter bilikləri.
İŞİN TƏSVİRİ:
• Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək; • Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək; • Əməliyyatın aparılması üçün müştərilərin təqdim etdiyi sənədləri (müqavilələri, hesab-fakturaları və digər sənədləri) yoxlamaq; • Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək; • Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: cv@xalqbank.az Telefon: (012) 404 43 39 Faks: (012) 404 43 34
|