
Vəzifə: “Neftçala” filialının Kredit şöbəsinin mütəxəssisi İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə Şəhər: Neftçala
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili; • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün); • Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır; • Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti; • Riyazi hesablama aparmaq qabiliyyəti; • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı; • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; • Kompüter bilikləri.
İŞİN TƏSVİRİ:
• Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi; • Kredit müraciətlərinin qəbulu və analizi; • Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi; • Kredit sənədlərinin tərtibi; • Kredit portfelinə nəzarət və idarə etmək; • Müştəri hesablarının aparılmasına nəzarət; • Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: cv@xalqbank.az Telefon: (012) 404 43 39 Faks: (012) 404 43 34
|