
Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) Müştəri Əlaqələri Meneceri vəzifəsinə 3 aylıq ödənişli təcrübə proqramı elan edir.
Vəzifə öhdəlikləri
• Mərkəzin müştəri məlumat sistemini yaratmaq və onu daima təkmilləşdirmək; • Mərkəzin mövcud müştəriləri ilə daima əlaqələr yaratmaq, onların yeni təlim və məsləhət xidmətlərinə olan ehtiyaclarını, istifadə etdikləri xidmətlərin keyfiyyətləri barədə rəylərini öyrənmək; • Mərkəzə yeni müştərilər cəlb etmək; • Mərkəzin yeni təlim və məsləhət xidmətləri barədə mövcud və potensial müştəriləri məlumatlandırmaq; • Mərkəzin təlim və məsləhət xidmətlərinin təşviqini və satışını həyata keçirmək; • Mərkəzin xidmətləri üçün müraciətlərin qeydiyyatını aparmaq; • Mərkəzin təlim xidmətlərinin keyfiyyətinə nəzarət etmək; • Mərkəzin təşviqat məhsullarını hazırlamaq; • Ehtiyac olduqda təlim və digər tədbirlərin təşkilinə dəstək vermək; • Mərkəzin Direktorunun satışla bağlı ona həvalə etdiyi digər funksiyaları həyata keçirmək.
Vəzifəyə olan tələblər
- Hər hansı ali təhsil; - Müştərilərlə iş sahəsində ən azı bir il təcrübə; - Azərbaycan, İngilis və Rus dillərini bilmək; - İşə yaradıcı yanaşmaq, yeni idealara malik olmaq qabiliyyəti; - ABTM-nin xidmətlərini təşviqetmək və satmaq bacarığı; - Layihə idarə etmək bacarığı; - Komandada işləyə bilmək qabiliyyəti; - Qarşısına qoyduğu məqsədə çatmaq qabililiyyəti; - İnsanlarla tez ünsiyyətə girə bilmək qabiliyyəti; - MC ofis tipli proqramlardan yüksək peşəkarlıqla istifadə etmək qabiliyyəti.
Biz Sizə nə vəd edirik:
• Daimi öyrənmək və inkişaf imkanı, mehriban və səmimi kollektivdə iş • Performansın dəyərləndirilməsi, gördüyü işlər haqqında daimi geri dönüş, təcrübə mübadiləsi • Mərkəz hesabına nahar yeməyi; • Əmək qanunvericiliyinə uyğun iş şəraiti.
Qeyd: Təcrübə müddətini uğurlu şəkildə bitirmiş şəxlər gələcəkdə komandaya qoşulacaq və ya digər şirkətlərə müraciət üçün onlara tövsiyyə məktubu veriləcəkdir.
E-mail: office@abtc.az
|