Təcrübə proqramı (Təlim Koordinatoru)
 
JOB TITLE: Təcrübə proqramı (Təlim Koordinatoru)
EMPLOYER: ABTC MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-11 LAST UPDATED: N/A DEADLINE: 2021-03-13

Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) Təlim Koordinatoru vəzifəsinə ödənişli 3 aylıq ödənişl təcrübə proqramı elan edir.

Vəzifə öhdəlikləri

• Mərkəzə telefonla müraciətlərin cavablandırılması və ya ünvanlanması;
• Sinif təlimləri üçün müraciətlərin və təlim iştirakçılarının qeydiyyyatını aparmaq və qeydiyyatla bağlı müraciətləri cavablandırmaq;
• Onlayn təlimləri təşkil etmək, dinləyicilərə qoşulmaq üçün məsafədən dəstək vermək, təlimi izləmək və Mərkəz tərəfindən ortaya çıxan texniki problemlərin həlli üçün öz səlahiyyətləri çərçivəsində tədbirlər görmək, ehtiyac olanda müvafiq əməkdaşı cəlb etmək;
• Mərkəzə ziyarətçilərin qarşılanmasını təşkil etmək;
• təlim otağını hazırlamaq və təlimçilərin sifarişləri əsasında onu təlim avadanlıqları ilə təmin etmək və ofisdən kənarda keçirilən təlimləri təşkil etmək;
• Təlim materiallarını qrammatik yoxlamaq, Mərkəzin standartlarına uyğunlaşdırmaq, çoxaldılmasını və dinləyicilərə vaxtında verilməsini təmin etmək;
• təlim kursları üzrə testlərin və anonim qiymətləndirmələrin keçirilməsini (avtomatlaşmış və fiziki) təşkil etmək, nəticələri emal etmək;
• təlim vaxtının dəyişdirilməsi barədə dinləyiciləri məlumatlandırmaq;
• Mərkəzin rəhbərliyinin təlimlərin təşkili üzrə ona həvalə etdiyi digər funksiyaları həyata keçirmək.

Vəzifəyə aid tələblər:

• Ali təhsil, Bakalavr son kurs və ya Magistr 1-ci və 2-ci kurs
• Azərbaycan dili yazılı və şifahi yüksək səviyyədə, İngilis dili və rus dili bilikləri biliyi arzuolunandır
• Səlist danışıq və yazı qabiliyyəti
• MS Office və MS Outlook proqramlarında işləmək bacarığı
• Təşəbbüskar, öyrənməyə meyilli, yeniliklərə açıq və gərgin rejimdə işləmək bacarığı
• Axşam 19:00-21:00 aralığında işləyə bilmək ( Əmək qanunvericiliyi ilə tənzimlənir)
• Şənbə günləri işləyə bilmək ( Əmək qanunvericiliyi ilə tənzimlənir)

Biz Sizə nə vəd edirik:

• Daimi öyrənmək və inkişaf imkanı, mehriban və səmimi kollektivdə iş
• Performansın dəyərləndirilməsi və motivasiya;
• Mərkəz hesabına nahar yeməyi;
• Əmək qanunvericiliyinə uyğun iş şəraiti.

Qeyd: Təcrübə müddətini uğurlu şəkildə bitirmiş şəxlər gələcəkdə komandaya qoşula bilər və ya digər şirkətlərə müraciət üçün onlara tövsiyyə məktubu veriləcəkdir.

E-mail: office@abtc.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP