Vəzifə: Mühasibatlıq üzrə böyük mütəxəssis
İşin təsviri:
• Təhtəl hesab, balans, avans hesabatı və ezamiyyət hesabının aparılması; • Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi • DSMF, Statistika və Məşğulluq idarəsinə hesabatlarının hazırlanması və təqdim edilməsi • E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı • BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək • E-portal proqramı ilə işləmək bacarığının olması • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək • Vergi orqanları ilə yazışmalar • Ödəniş tapşırıqlanının yazılması; • Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini təşkil etmək; • Bütün maliyyə əməliyyatlarının 1C mühasibat proqramında əks olunması • Əmək haqqı hesablanması;
Namizədə tələblər:
• İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil; • Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi (istehsal, konsaltinq,ticarət, inşaat və s.) • MS Office (xüsusilə MS Excel), 1c 7.7 və 1c 8.3, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı; • AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli; • Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli
İş qrafiki:
• 6 günlük iş qrafiki • Əmək haqqı: +1500 AZN (namizədə görə dəyişə bilər)
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mühasibatlıq üzrə böyük mütəxəssis” qeyd edərək öz CV-lərinizi salescompanyaz@gmail.com elektron ünvanına göndərməyiniz xahiş olunur.
|