
Vəzifə: Kopirayter (Mətn redaktoru) İş yeri: OBA Marketlər Şəbəkəsi - Baş Ofis
Namizədə dair tələblər:
• Təhsil: Ali təhsil; • Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi olmaqla mükəmməl səviyyədə), İngilis dili və Rus dili; əlavə dil bilmək arzuolunandır; • Kompüter bilikləri: MS Office (MS Excel – orta); • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi; • Yaş: 35 yaşa qədər • Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq; • Yüksək icraçılıq bacarığı, məsuliyyətlilik, düzgünlük, kreativlik, təhlil, proqnoz və planlaşdırma qabiliyyəti, operativlik, dəqiqlik.
Vəzifə öhdəlikləri:
- Reklam mətnlərinin, şüarlarının yazılması, - Məqalələr, məhsul təsvirləri, sosial media və şirkətin veb səhifəsi üçün məzmunların hazırlanması, - Reklam ssenarilərinin təklif edilməsi, - Səhvlər və uyğunsuzluqların araşdırılması, mövzuya uyğun mətnin formalaşdırılması üçün kontent yazılması, korrektə və redaktə işlərinin aparılması, - SEO yönümlü veb sayt kontentinin hazırlanması və bloqların yazılması, - Bazar trendlərinin, yeniliklərinin izlənməsi və onların işdə tətbiqi, - Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və mövcud məzmundakı boşluqları aradan qaldırmaq üçün yeni məzmun tövsiyyə etmək.
Əlavə təminatlar:
• Nahar şirkət tərəfindən verilir; • Korporativ nömrə ilə təmin edilmə; • Servis şirkət tərəfindən təmin edilir;
İş qrafiki:
İş saatları 09:00 – 18:00; Nahar fasiləsi: 13:00-14:00 Şənbə və Bazar istirahət günü.
Qeyd: Ezamiyyə halları mümkündür
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Kopirayter" yazaraq cv@oba.com.az ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
|