Risklərin idarəolunması (maliyyə) üzrə mütəxəssis
 
JOB TITLE: Risklərin idarəolunması (maliyyə) üzrə mütəxəssis
EMPLOYER: PASHA Insurance DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-12 LAST UPDATED: N/A DEADLINE: 2021-02-27

PAŞA Sığorta” ASC namizədləri Risklərin İdarəolunması Departamentində Risklərin idarəolunması (maliyyə) üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
• Maliyyə risklərin idarə edilməsi ilə bağlı metodologiyaların hazırlanması və yenilənməsində iştirak etmək;
• Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;
• Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsində iştirak etmək və tətbiqi üzrə işləri həyata keçirmək;
• Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsində iştirak etmək;
• Risk iştahının hazırlanmasında iştirak etmək;
• Risk limitlərinin hesablanmasına dair təkliflərin verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
• Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
• Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
• Riyazi və statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsi;
• Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.

BİLİKLƏR

• Maliyyə, Riyaziyyat, İqtisadiyyat və ya MBA təhsili;
• Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı; SQL, Python və ya R proqramlarından istifadə bacarığı arzuolunandır);
• Dil bilikləri: Azərbaycan və İngilis dilləri üzrə yüksək səviyyədə biliklərin olması, Rus dili biliyi arzuolunandır.

TƏCRÜBƏ

• Risklərin idarə olunması, maliyyə və ya audit üzrə minimum 1 il təcrübə (Big4 şirkətləri, sığorta şirkətlərinin birində və ya bank təcrübəsi olan namizədlərə üstünlük verilir);

BACARIQLAR

• Təqdimat bacarıqları;
• Komandada işləmək bacarığı;
• Yaxşı ünsiyyət bacarığı;
• Məntiqi və analitik düşüncə;
• Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;
• Stressə davamlılıq;
• Təşəbbüskarlıq;
• Məqsədyönlülük;
• Emosional stabillik və məsuliyyətli olmaq;
• Böyük məlumat bazaları ilə işləmək bacarığı;
• Modelləşdirmə.

Son müraciət tarixi: 26 Fevral 2021-ci il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP