
Super Toys – Mağaza Adminstratoru Şirkətimiz SuperToys.az oyuncaq aləmi olaraq, hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən, Azərbaycanda oyuncaq bazarında tək rəsmi diler olaraq fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
• Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, qiymətləndirmək; gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək; • İşçilər haqqında obyektiv rəy vermək; • Mağazaya təyin edilən hədəfə çatmaq; • Mağaza əməkdaşlarına satış təlimlərinin keçirilməsi; • Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək; • Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq; • Satış analizlərini aparmaqla kateqoriya şöbəsinə dəstək vermək: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək, işin təkmilləşməsi istiqamətində təkliflər vermək; • Satışları artırmaq məqsədi ilə Marketinq tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək; • Günlük və aylıq hesabatların hazırlanıb, gərəkli şöbələrə yönləndirilməsi.
Namizədə Tələblər:
• Dil bilikləri: Azərbaycan dili - əla, Rus dili-əla; • Kompüter bilikləri: MC Office – sərbəst işləmək; • İdarəetmə qabiliyyəti (Təşkilatçılıq və təşəbbüskarlıq); • Analitik düşüncə qabiliyyəti; • Retail sektorda mağaza meneceri kimi ( idarəetmədə ) iş təcrübəsi mütləqdir; • Satış texnikası, idarəçilik qabiliyyəti, analitik düşüncə; • Cinsi – Qadın
Şirkət təklif edir:
İş rejimi : Həftədə 6 gün ( növbəli ) Əmək haqqı : 600 AZN + satışdan əlavə bonus Rəsmi qeydiyyat
Qeyd: Namizədlərdən mövzu hissəsində “ Mağaza administratoru ” vakansiya adını göstərməklə öz cv-lərini hr@supertoys.az elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.
|