Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: General Supply LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-15 LAST UPDATED: 2021-02-15 DEADLINE: 2021-03-17



Mühasib

Əsas vəzifə və öhdəliklər:

• Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, vergi bəyənnamələri, maliyyə-iqtisadi əməliyyatlarını rəsmiləşdirir və icra etmək
• Debitor və kreditor borcların uçotunun aparılması;
• Gəlir və xərclərin hesablanması;
• Banklarla və digər orqanlarla hesablaşmalar;
• Mühasibatlıq modulu üzrə 1C əməliyyatlarının aparılması;
• Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması;
• Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
• İdxal olunmuş malların maya dəyərinin hesablanması;
• Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
• Gəlir və xərc sənədlərinə nəzarət edilməsi;
• Vergi hesabatlarının hazırlanması;
• Məcburi dövlət sosial sığortası haqqında hesabatların hazırlanması;
• Statistika hesabatlarının hazırlanması.

Namizədə qarşı tələblər:

• Ali təhsil - mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə;
• Sahə üzrə ən 2-3 il iş təcrübəsi;
• Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək;
• Kompüter bilikləri: Microsoft office əla səviyyədə;
• 1C Mühasibat Proqramını bilmək (1C 8.3 versiyası ilə işləmə)
• Vergi Məcəlləsi üzrə biliklər
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;

İş şəraiti:

• 5 günlük iş həftəsi
• İş vaxtı: 09:00 -18:00
• Tibbi sığorta
• Əməkhaqqı: 700-800 AZN .

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@gsupplyllc.com elektron ünvanına Mühasib başlığı ilə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP