
Baş Mühasib köməkçisi
Tələblər:
• İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə üzrə ali təhsil; • Mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi (istehsal, konsaltinq,ticarət, inşaat və s.) • Acca Sertifikatları üstünlük • MS Office (xüsusilə MS Excel), 1c 8.3, proqramı ilə sərbəst şəkildə işləmək bacarığı; • AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli; • Rus dili üstünlükdür
Vəzifə öhdəliklər:
• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir; • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək; • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək; • Əsas vəsaitlərin uçotunun aparılması və nəzarəti; • Hesab və elektron qaimə-fakturaların yazılması; • Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi və nəzarəti • Gündəlik hesabları üzrə qalıqlar hesabatı; • Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması; • Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsini təmin olunması; • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün hesablanmasının təmin edilməsi; • Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi; • Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq; • İş prosesində məlumatların məxfiliyinin saxlanılması; • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
İş şəraiti:
Əmək haqqı: 1500 AZN
• İş vaxtı: 09:00–dan 18:00 dək; • İstirahət günləri: Şənbə və Bazar;
Müraciət etmək istəyən namizədlər CV-lərini hr@bakisigorta.az e-mail ünvanına mövzu hissəsinə “Baş Mühasib köməkçisi” qeyd edərək göndərə bilərsiniz.
|