Hüquq şöbəsinin Hüquqi ekspertiza sektorunun müdiri
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan milli qanunvericiliyi (mülki, vergi, maliyyə) üzrə dərin biliklərə malik olmalı; • Azərbaycan qanunvericiliyini Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə və konvensiyalar kontekstində effektiv şərh və tətbiqetmə vərdişlərinə malik olmalı; • Daxil olmuş sorğular əsasında hüquqi təhlil və ekspertizaların aparılmasını təmin edə bilmək; • Yüksək induktiv və analitik təhlil etmə bacarığına malik olmalı; • İş prosesində dəqiqlik və detallara fikirvermə qabiliyyəti; • Effektiv hüquqi yazı vərdişləri; • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı; • Operativlik, gərgin iş rejimində işləmək, problemləri həll etmə, qərarvermə və təşkilatçılıq bacarığı; • Komanda da işləmək bacarığı, şəxsi və peşəkar inkişaf, müxtəlif hüquq sahələrini əlaqəli təhlil etmə bacarığı; • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı); • Kompüter bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali hüquq təhsili; • Hüquq sahəsi üzrə ali magistr dərəcəsinin olması arzuolunandır; • Müvafiq sahəyə uyğun sertifikatların olması arzu olunandır; • Minumum 2 il idarəetmə təcrübəsi; • Hüquqi ekpertiza ilə əlaqəli istiqamətlər (elmi tədqiqatlar, araşdırmalar) üzrə minimum 3 il olmaqla ən azı ümumi 4 il iş təcrübəsi;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Hüquqi ekspertiza sektorunun müdiri" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) recruitment.planning20@gmail.com elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
|