
Dövlət orqanının adı - “Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik Hüquqi Şəxsi Departament- İT İnfrastrukturun idarəedilməsi departamenti Şöbənin adı- Sistem inzibatçılığı şöbəsi Vəzifənin adı- mütəxəssis Ünvan- Bakı şəhəri, Atatürk prospekti 89/91
Vəzifə funksiyaları:
• Şəbəkə avadınlıqlarının müntəzəm olaraq monitorinqi • Şəbəkədə yaranan problemlərin qisa müddətdə analizi və problemin aradan qaldırılması • Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı lazımi bütün işçi qruplarının məlumatlandırılması; • Şəbəkədə edilən dəyişiliklərin və problemlərin qeydiyyatının aparılması • Şəbəkə dayanıqlığın təmin edilməsi və lazımı tədbirlərin görülməsi • Bütün tapşırıqların intranet-task sistemi üzərində qeydiyyatı və icrası • İPAM sistemi üzərində istifadə edilən ip-lərin müntəzəm olaraq qeydiyyatının aparılması • Şəbəkə avadanlıqlarında OS-lərin ən son stabil versiyaya uyğun olaraq yenilənməsi və yoxlanılması • Şəbəkə avadanlıqların müntəzəm olaraq konfiqurasiya backup-larının alınması • İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi; • 24/7 mövcudluğu; • informasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflər hazırlaması • Vəzifəsi üzrə departament müdiri və şöbə müdiri tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirilməsi.
Təhsil və ixtisas tələbləri
• İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları, iqtisadiyyat və idarəetmə qrupu ixtisas üzrə ali təhsili olanlara üstünlük verilir • CCNA, CCNP Routing and Switching, CCNA Security sertifikatlarına sahib olması arzuolunandir • Network istehsalçı firmalarının (Cisco, Palo Alto, Fortigate, Dell, HP və s.) məhsulları haqqında bilik və təcrübə
Peşəkar bacarıqlara dair tələblər
• LAN, WAN və WLAN şəbəkələri və IT infrastrukturunun dizaynı, quraşdırılması və idarəedilməsi, yaranan problemlərin aradan qaldırılması • Şəbəkə avadanlıqların (NGFirewall, Router, Switch, Access Point, Wireless Controller v.s) təhlükəsizlik qaydalarına uyğun formada hazırlanması və idarəedilməsi • Şəbəkə texnologiyaları və protokollar ilə işləmək bacarığının olmasi. (Ethernet, Wireless, QoS, STP, EtherChannel, P2P, SİP, HSRP, VRRP, GLBP, İPSec, GRE, İPS/İDS, VPN, TCP/IP, DHCP v.s) • Static və Dynamic routing protokollari ilə işləmək bacarığı (EIGRP, OSPF , BGP ) • İP telefoniya (VoİP) sisteminin idarəedilməsi və yaranan problemlərin aradan qaldırılması • VPN texnologiyaları ilə işləmək bacarığı ( Site-to-Site, Remote Access, DMVPN) • Təhlükəsiz şəbəkə girişinin idarəedilməsinin təmin edilməsi üçün ISE software (Identity Services Engine) və TACAS, RADİUS kimi protokollar ilə işləmək bacarığı • L2-L3 şəbəkə təhlükəsizliyin təmin edilməsi ( PortSecurity, ARP İnspection, DHCP Snooping, Port ACLs (PACLs), VLAN ACLs (VACLs), Standart, Extended ACLs v.s)
Xarici dil bilikləri
- İngilis və rus dilləri üzrə biliklər: - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
İş təcrübəsi
• Sahə üzrə iş təcrübəsi ən azı 2 il
İş yerinin əlavə faydaları
• Performansa uyğun əlavə ödənişlər • Həm komandada, həm də müstəqil tapşırıqlar • Şəxsi inkişaf imkanları • Tibbi Sığorta
Son müraciət tarixi: 15.03.2021-ci il Müraciət üçün: https://www.digital.gov.az/vacancies/62
|