CEO Executive Assistant
 
JOB TITLE: CEO Executive Assistant
EMPLOYER: Starex DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-16 LAST UPDATED: N/A DEADLINE: 2021-03-18

Starex.az Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirir. Şirkətimiz hazırda Azərbaycan, Türkiyə, Amerika və Çində qeydiyyatdan keçmiş və hər dörd ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir. Türkiyə, Amerika və Çindən sifariş üçün xidmətlərimizdən istifadə edə bilərsiniz.

Vəzifə : CEO Executive Assistant
Əmək haqqı : 1000 – 1200 Azn
Nahar şirkət tərəfindən təmin olunur.

Vəzifə Öhdəlikləri :

- İşgüzar yazışmaların və danışıqların təşkili və işin təqib edilməsi
- İclasların və görüşlərin təşkili və əlaqəli materialların hazırlanması, qaydalara əməl olunmasına nəzarət, protokolların icrası - stenoqrafiya etmək
- Direktorun əmrlərinin icrasına nəzarət edilməsi
- Direktorun daxili və xarici qonaqlarını qəbul etmək
- İş xarici səfərlərin təşkili və Direktorun gündəlik İş günü planın təmin edilməsi
- Direktorun informasiya dəstəyini təmin etmək
- Bütün işgüzar görüşlərin təşkili , görüşlərin təqibi və iştrak etmək
- Təqdimatların təşkili və xərclər barədə hesabatların təşkili
- Şəxsi sifarişlərin icrasına nəzarət etmək
- Xərclər barədə hesabatların hazırlanması
- Virtual təqdimatlar hazırlanması

Namizədə Tələblər :

- Xanım namizədlər - 22 - 45 yaş aralığı
- Maliyyə və İqtisad sahə üzrə ali təhsil olması arzuolunandır.
- Rus və İngilis dillərində sərbəst ünsiyyət bacarığı olmalıdır.
- Ofis proqramlarında yaxşı işləmək bacarığı olmalıdır.
- Xarici səfərlərdə və ezamiyyətlərdə iştirak edə bilməlidir.
- Sürətlə dəyişən bir mühitə uyğunlaşma.
- Bir və ya daha çox xarici dildə sərbəst danışmaq.
- İnformasiya axını ilə işləmək bacarığı.
- Məxfiliyi qorumaq bacarığı.
- Vəziyyəti sistematik təhlil etmək bacarığı.
- Proseslərə diplomatik yanaşma
- Prioritet etmək bacarığı
- Çeviklik, münaqişələri həll etmək bacarığı.
- Müvafiq ixtisasların bilməsi (xüsusilə hüquq baza bilikləri olması arzuolunandır.

Göstərilən tələblərə cavab verən təcrübəli namizədlər öz CV-lərini müraciət edilən vəzifə adı “CEO Executive Assistant “ qeyd etməklə, hr@starex.az elektron ünvanına göndərə bilərlər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP