Korporativ hüquq üzrə menecer
 
JOB TITLE: Korporativ hüquq üzrə menecer
EMPLOYER: Rifah Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-16 LAST UPDATED: N/A DEADLINE: 2021-03-18

Vəzifə: Korporativ hüquq üzrə menecer

İşin Təsviri: Özünə və peşəkarlığına güvənən, xüsusilə də istehsalat sahəsində Hüquq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Hüquq sahəsində ali təhsilinin olması;
• Təsərrüfat subyektlərinin kommersiya fəaliyyətinin hüquqi təminatı sahəsində azı 3 (üç) il iş təcrübəsinin olması arzuolunandır;
• Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
• Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
• Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
• Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
• Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Cəmiyyəti təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
• Cəmiyyət tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Cəmiyyəta qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
• Cəmiyyət fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, təsərrüfat müqavilələrinin hazırlanması, Cəmiyyətın kontragentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinə Cəmiyyətın hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
• Cəmiyyət tərəfindən bağlanması nəzərdə tutulan və Hüquq idarəsinə viza qoyulması üçün təqdim edilən müqavilələr üzrə hüquqi rəylərin verilməsi;
• Cəmiyyətın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq Cəmiyyət daxili normativ sənədlərin layihələrinin hazırlanması, Cəmiyyətın digər struktur bölmələrinə Cəmiyyət daxili normativ və digər sənədlərin hazırlanmasında yardım edilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi;
• İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
• Hüquq şöbəsinə daxil olan və çıxan sənədlərin, işlərin uçotunu aparmaq.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
İş yeri: Bakı şəh.
İş qrafiki: 6 günlük

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur 12 mart 2021 tarixinədək mövzu sətirində “Hüquqşünas” qeyd edərək CV-lərini hr@rifahqrup.az electron poçt ünvanına göndərsinlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP