Daxili audit departamentinin mütəxəssisi
 
JOB TITLE: Daxili audit departamentinin mütəxəssisi
EMPLOYER: Rifah Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-16 LAST UPDATED: N/A DEADLINE: 2021-03-18

Vəzifə: Daxili audit departamentinin mütəxəssisi

İşin Təsviri: Risklərin idarəetməsi, daxili nəzarət mühiti və korporativ idarəetmə proseslərinin müntəzəm qiymətləndirilməsinə dair audit yoxlamalarında iştirak etmək, belə yoxlamalarda həmin proseslərinin inkişafına dair tövsiyyələri vermək. Şirkətin təlimatları, siyasətləri və prosedur qaydalarının yaradılmasında yaxından iştirak.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak etmək.
- Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq.
- Şirkətin siyasətləri, prosedurlar, standartlar və digər normativ sənədləri qiymətləndirmək.
- Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək.
- Şirkətdə yaranan qabaqcıl təcrübələrin qiymətləndirilməsini aparmaq və rəy vermək.
- Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatları və rəylər hazırlamaq.
- Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq.
- Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq və tapşırıqları yerinə yetirmək.
- Daxili nəzarət mühitinin qiymətləndirməsinə dair testlər aparmaq və digər tapşırıqları yerinə yetirmək.
- Şirkətin Daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək.
- Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına rəy bildirmək.
- Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq.
- Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentinin adından iştirak etmək.
- Departament büdcəsinin hazırlamasında iştirak.
- Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq.
- Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək.

NAMİZƏDƏ TƏLƏBLƏR:

• Ali təhsil;
• Minimum 2 il mühasibat uçotu və ya audit sahəsində iş təcrübəsi. Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Azərbaycan, ingilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
İş yeri: Bakı şəh.
İş qrafiki: 6 günlük

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur 12 mart 2021 tarixinədək mövzu sətirində “Daxili audit departamentinin mütəxəssisi” qeyd edərək CV-lərini hr@rifahqrup.az elektron poçt ünvanına göndərsinlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP