IT HelpDesk Texnik
 
JOB TITLE: IT HelpDesk Texnik
EMPLOYER: AzerFloat DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-16 LAST UPDATED: N/A DEADLINE: 2021-03-18



Closed Joint-stock company

"AzerFloat" Vərəqə Şüşə İstehsalı Zavodu Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşir və Float texnologiyası (isti vannada yayma) əsasında ildə 8 mln. m2 müxtəlif çeşiddə şüşə lövhələr istehsalı ilə məşğuldur.

Vakansiya: IT HelpDesk Texnik

İş yeri: Azerfloat OPJSC

Vəzifə və Öhdəlikləri:

• Noutbuk, masaüstü kompüterlər, printerlər və digər şəbəkə avadanlıqları da daxil olmaqla bütün cihaz və proqram təminatlarının quraşdırılması və yüklənməsini və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək.
• MS Windows 7, 8, 10 quraşdırılması və sazlanması
• Baş ofisə yerində və uzaqdan İT dəstək göstərmək.Ofisin xarici və daxili beynəlxalq rabitə çıxışı, internet çıxışının təmin olunması və nəzarət.Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, şəbəkənin monitorinqi
• Daxil olmuş müştəri sorğularının vaxtında və düzgün həll edilməsini təmin etmək
• Active Directory ilə işləmə bacarığı (kompyuterləri AD-a qoşmaqla,ilkin quraşdırma və s.);
• PC və noutbuk,periferik və şəbəkə qurğuları ilə işləmə bacarığı
• Yerli və simsiz şəbəkənin, DNS, DHCP, TCP / IP quraşdırılması və istismarı prinsipləri barədə əsas biliklərə malik olmalı
• Video konfrans dəstəyi (ZOOM, MS Teams)

Tələblər

• Ali təhsil
• Bu sahədə ən azı 2 il iş təcrübəsi
• Azərbaycan, Rus (yüksək səviyyədə), İngilis dili bilikləri (arzu olunandır)

Xüsusi bacarıqlar:

• Komandada işləmək bacarığı
• Ünsiyyət qurmaq qabiliyyəti
• Problemləri düzgün analiz edə bilmə bacarığı

İş şəraiti:

• İş qrafiki: 5 günlük
• İş saatı: 09:00 – 18:00
• Tibbi sığorta
• Servis və nahar ilə təmin edilir
• Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Müraciətlər: recruitment@azerfloat.az elektron poçt ünvanına göndərilməlidir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP