BPM Developer
 
JOB TITLE: BPM Developer
EMPLOYER: Grand Motors DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-16 LAST UPDATED: 2021-02-19 DEADLINE: 2021-03-18



Grand Motors” MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürən şirkət fəaliyyətini bu istiqamətdə qurmuşdur. Bu baxımdan, “Grand Motors” MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir.

Hazırda şirkət dünyada tanınmış 14 istehsalçının Azərbaycanda rəsmi təmsilçisidir. Bunlar aşağıdakılardır: New Holland Construction, CIFA, New Holland Agricultural, Dynapac, Shantui, Foton, Macshio Gaspardo, Sea Ray, Kawasaki, Davino, Fassi, Pramac, Zorn İnstruments, Sulzer, Weber

“Grand Motors” şirkətində yaradılan infrastruktur texnika və avadanlığın istehsalçıların zavodlarından çıxaraq alıcıya çatdırılana qədər olan mərhələni nəinki izləməyə, hətta ondan sonrakı mərhələni də nəzarət altında saxlamağa imkan verir. Bu mənada, satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir.

Şirkətimiz hal-hazırda BPM sisteminə aid yeni layihəyə start verib və biz İT sahəsində təcrübəli, məqsədyönlü, özünə və peşəkarlığına güvənən kadrların axtaraşındayıq.

Vəzifə: BPM Developer

Vəzifə öhdəlikləri:

• BPM sistemin bütöv texniki dəstəyi
• BPM sistemində plaginlərin hazırlanması (biznes prosesi modelləri, xüsusi formalar, C # skriptləri, hesabatların fərdiləşdirilməsi)
• Yeni layihələrin başlanması və dəstəklənməsi, aktual layihələrin təkmilləşdirilməsi;
• Kodlar yazmaq bacarığı;
• Şirkətin müvafiq proqram təminatında yenilərinin tətbiqi və faktiki iş proseslərinin təkmilləşdirilməsi,
• Şirkətin əməliyyat sistemində həyata keçirilən proseslər barədə müvafiq hesabatların yazılması;
• Yazılı iş proseslərinə texniki dəstək vermək
• Veb xidmətlərinin inkişafı, REST - xidmətlər

Namizədə dair tələblər:

• Ali təhsil (riyaziyyat, informasiya texnologiyaları)
• İş təcrübəsi: mövcud sahədə 2 illik iş təcrübəsi

• Analitik düşüncə tərzi
• OOP prinsiplərini anlamaq
• .NET platformasını ümumi səviyyədə bilmək
• Ən çox yayılmış konstruksiyalardan istifadə edərək C # dilində proqram qurma bacarığı
• MS SQL ilə iş təcrübəsi, orta mürəkkəblikdəki skriptlərin hazırlanma bacarıqı
• Azərbaycan, İngilis və Rus dili – mükəmməl səviyyədə.

İş şərtləri:

Əmək müqaviləsi bağlanır
6 günlük iş qrafiki
Ə/h: razılaşma yolu ilə

Namizədlərdən CV-lərini “BPM Developer” mövzusu ilə hr-cv@grandmotors.az ünvanına göndərmək xahiş olunur.

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP