Sahə rəisi - prorab
 
JOB TITLE: Sahə rəisi - prorab
EMPLOYER: Servis MTK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-16 LAST UPDATED: 2021-03-04 DEADLINE: 2021-03-03

İş yeri : SERVİS MTK

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

- Mühəndislik sahəsinin fəaliyyətini təşkil etmək və sahəyə rəhbərlik etmək;
- İş proqramına uyğun olaraq öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək;
- Normativ sənədlərin hazırlanması (Beton işləri jurnalı və s.);
- Material, işçi və işçi heyəti və podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək, layihə rəhbərinə bildirmək;
- Göstərilən iş proqramına uyğun olaraq təfsilatlı iş proqramı hazırlamaq;
- Günlük və aylıq məruzələri hazırlamaq, onlara nəzarət etmək;
- Xərclər barədə məlumatları tam şəkildə müəyyən olunan formalarda saxlamaq və mühəndislik şöbəsinə göndərmək;
- Bütün podrat işlərini və digər işləri həyata keçirmək və mühəndislik şöbəsinə göndərmək;
- Tikinti sahəsində daşınma işlərini həyata keçirmək və layihə rəhbərinə bildirmək;
- Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq;
- Görüləcək əsas iş elementlərinin iş metod və təlimatlarını hazırlamaq və təsdiqləmək;
- İş təhlükəsizliyinin tənzimlənməsi və təlimatlarına uyğun olaraq işin görülməsinin təmin edilməsi;

NAMİZƏDƏ TƏLƏBLƏR

- Təhsil - Ali təhsil (müvafiq sahədə);
- 5-ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi;
- Kompüter bilikləri - MS ofice, Word, Excell, AutoCad;
- Dil bilikləri - Azərbaycan, Rus;
- Komandanı idarə etmək bacarığı;

İŞ VAXTI : 6 günlük

Əmək haqqı : 1500-2000

Maraqlananlar CV-ni sahibmusayev@de-luxe.az adresinə göndərə bilərlər

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP