
Tikinti təmir işləri üzrə nəzarətçi
Namizədə tələblər
• Ali təhsil (Memarlıq və İnşaat Universiteti) arzuolunandır • Müvafiq sahədə 5 – 10 ildən az olmayaraq iş təcrübəsi • Yaş həddi 40 - 65 • Tikilən obyektlərin layihə-smeta sənədlərinin biliyi • Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin icrasına və qəbuluna aid norma və qaydaları, texniki şərtlərin biliyi • Kompüter bilikləri (Autocad) • Ünsiyyət və idarəetmə bacarığı, gərginliyə davamlılıq
Vəzifələr:
• Sahədə təmir işlərinin icrasına nəzarət • Təmir-tikinti işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, və digər normativ sənədlərə uyğun təşkili • Sahədə təmir və quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasına nəzarət • Maddi dəyərlərin oğurluğu və talanmasına və müəssisənin zərər çəkməsinə yol verməmək • Rəhbərliklə mütəmadi əlaqə qurmaq və gündəlik məlumat vermək • Tikintidə görüləcək təmir işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək. • Obyektdə işləyən işçi briqadalarının işlərinə nəzarət etmək, onların tapşırıqlarını müəyyənləşdirmək. • Obyektdə ölçü işlərinin həyata keçirilməsini təmin etmək. • Materialların və məmulatların qəbul olunmasını və onların yerləşdirilməsini, qeydə alınması və təhlükəsizliyini təşkil etmək. • Sifarişçinin göstərdiyi digər öhdəlikləri yerinə yetirmək. • İşin keyfiyyətinə nəzarət etmək
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
CV-ri hr@afholding.com ünvanına göndərin.
|