Təcili olaraq aşağıdakı şərtlər üzrə “İş icraçısı” tələb olunur.
Vakansiya haqqında
İş yeri: Bakı, Azərbaycan İş saatı : Həftədə 6 gün İşə başlama tarixi: Təcili Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.
Vəzifə öhdəlikləri
• Lahiyə sənədlərinə müvafiq olaraq tikinti quraşdırma işlərini təşkil edir; • İşlərin mexanikləşdirilməsi, yeni texnikanın tətbiqi, əməyin təşkilinin təkmilişdirilməsi, sazlama və tikinti quraşdırma işlərinin təmini və materialların qənaətli xərclənməsi sahəsində tədbirlərin həyata keçirilməsi; • Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsini təmin edir; • Tikinti obyektlərinin istismara verilməsi üzrə istehsalat tapşırıqlarının müəyyən edilmiş müddətlərdə icrasını təmin edir; • Tikinti maşınları, nəqliyyat və mexaniki vasitələrin, materiallar, konstruksiyalar, detallar (hissələr) alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlayır və onlardan səmərəli istifadə olunmasını təmin edir; • Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir; • Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir; • Subpodrat (xüsusiləşdirilmiş) təşkilatlar üçün iş sahəsi hazırlayır və onlardan görülmüş işin qəbul olunmasında iştirak edir; • Qorunan (mühafizə olunan) sahələrdə işlərin görülməsinə verilən icazəni rəsmiləşdirir; • Ustalar üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir; • Bilavasitə iş yerlərində işçiləri əmək təhlükəsizliyi qaydalarına dair təlimatlandırır.
Təhsil və iş təcrübəsi
• Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil; • Minimum 5 il inşaat sahəsi üzrə ümumi təcrübə.
Bacarıq və səriştələr
• Ünsiyyət və təşkilati bacarıq; • Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı; • Kompüterdə oficce programlarında sərbəst işləmək bacarığı; • Yaş həddi 35-50
Bilməlidir
• Sahədə və ya obyektdə istehsal təsərrüfat fəaliyyətini müəyyən edən metodiki, normativ və başqa göstərici materialları; • Tikinti istehsalatının təşkili və texnologiyasını, tikilməli obyektlərin layihə-smeta sənədlərini, tikinti norma və qaydalarını; • Tikinti quraşdırma işlərinin aparılması və qəbuluna qoyulan texniki şərtləri; • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi hr@amalgroup.az e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “İş icraçısı” qeyd etməyi unutmayın.
|