MPAY QSC
Ödəmə sistemlərinin təhlili və dəstəyi üzrə aparıcı mütəxəssis
Namizədə qoyulan tələblər:
- Analitik və alqoritmik düşünmə qabiliyyəti; - Axın diaqramlarının tərtibi və təhlili üzrə bacarıqlar, alqoritmik yanaşma; - SQL, Excel üzrə təməl bacarıqlar, API bilikləri (arzuolunandır); - Məsuliyyətli, intizamlı, yaradıcı; - Fərdi və komanda ilə işləmək qabiliyyəti; - Dəqiqlik, detallara diqqət yetirmə qabiliyyəti; - Ali təhsil (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük veriləcək). - Dil bilikləri: Azərbaycan dili - yüksək, ingilis və rus dilləri orta səviyyədə.
Vəzifə öhdəlikləri:
- Ödəmə sistemlərinin fəaliyyətinin monitorinqinin aparılması; - Ödəmə sistemlərində baş vermiş problemlərin səbəblərinin araşdırılması və dəstəyin göstərilməsi; - Prosessinq mərkəzləri və provayderlər ilə danışıqların və yazışmaların aparılması; - Dəstək qrupuna yönləndirilmiş daxili sorğuların və müştəri sorğularının təhlili, cavablandırılması/yönləndirilməsi; - Müştəri sorğuları üzrə dövri hesabatların hazırlanması; - Proseslərin optimallaşdırılması ilə bağlı təkliflərin irəli sürülməsi.
İş şəraiti:
- Ofis daxili; - Əmək haqqı 800-1000 AZN; - İş rejimi həftənin 5 günü (09:00 – 18:00); - Əmək haqqının 15 gündən bir ödənilməsi; - Tibbi sığorta təminatının verilməsi; - Nahar təminatının qarşılanması;
Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@mpay.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.
Göndərilən CV-lərdə mövzu adı yerində “Ödəmə sistemlərinin təhlili və dəstəyi üzrə aparıcı mütəxəssis” yazılmalıdır.
|