Sistem inzibatçısı
 
JOB TITLE: Sistem inzibatçısı
EMPLOYER: ARIS MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-17 LAST UPDATED: N/A DEADLINE: 2021-03-19

ARİS” Məhdud Məsuliyyətli Cəmiyyəti aparıcı texniki dəstək şirkəti olaraq Məlumat mərkəzlərinə, Hosting şirkətlərinə və İSP‘lərə xarici texniki dəstək xidmətlərini, serverlərin idarə edilməsini, serverlərin təhlükəsizliyi və kənardan idarə edilməsini təmin edir.

Şirkətimiz namizədləri “Sistem inzibatçısı” vəzifəsi üzrə müraciət etməyə dəvət edir.

Başlıca öhdəliklər və məsuliyyətlər

• Linux-a əsaslanan server infrastrukturuna dəstək və onun idarə edilməsi;
• Şirkətin web/app serverlərinin quraşdırılması və müşayiəti;
• IT sistem nasazlıqlarının qarşısının alınması və problemlərin həll edilməsi;
• İstehsalçılarla (DevOps) qarşılıqlı əlaqədə olmaq;
• Birgə tapşırıqlar üzərində komandada çalışmaq;
• Yeni servisləri fərqli tapşırıqlar əsasında təkminləşdirmək;
• Şəbəkə və serverlərin informasiya təhlükəsizliyinin Əməliyyat Sistemi səviyyəsində təmin edilməsi.

Namizədin profili

• Ali təhsil (tətbiqi riyaziyyat/kompyuter elmləri sahəsində)
• İngilis dilbiliyi mütləqdir;
• RHСSA üzrə biliklər;
• HTTP-serverlərin idarəsi (Nginx, Apache + php, Tomcat);
• Relational və non-relational baza sistemlərin ilkin səviyyədə qurulması və ilkin dəstəyin göstərilməsi (Redis DB + Sentinel, mongodb, mysql, postgresql);
• LoadBalancer/Failower sistemləri qurulması və idarə olunması (keepalive, peacemaker, haproxy, nginx);
• Administrator səviyyəsində Red Hat, Ubuntu Server əməliyyat sistemləri ilə çalışma bacarığı;
• GlassFish və Tomcat web-servisləri ilə praktiki iş təcrübəsinə malik olmaq;
• DevOps alətləri ilə işləmə (K8s, docker, rancher, jenkins, git , və s.);
• CI/CD Pipeline haqda biliklər.
• Linux server əməliyyat sistemlərinin işində baş verə biləcək hadisələrin diaqnostikası və onların aradan qaldırılması üzrə iş təcrübəsi;
• Linux server əməliyyat sistemlərini yüksək yüklənmələr altında istismar edilməsinin quraşdırılması üzrə iş təcrübəsi;
• Server skriptlərinin (Python və ya Bash) yazılması üzrə ilkin təsəvvür;
• VMWare əsaslı virtual maşınların idarə olunması;
• Tapşırıqların texniki həllinə analitik yanaşmaq;
• Tapşırıqları müstəqil şəkildə yerinə yetirmək bacarığı;
• Əsas şəbəkə protokollarının prinsiplərini anlamaq;
• Monitoring alətlərdən istifadə etmək bacarığı (Zabbix, OP Manager);
• Çətin və qeyri-adi tapşırıqları həll etməyə hazırlıqlı olmaq;
• Təşkilatçılıq və komanda ilə işləmə bacarığı;
• Dözümlülük, diqqətlilik, məsuliyyətlilik.

Əmək haqqı: Namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən olunacaq.

Namizədlərdən öz CV-lərini “Sistem inzibatçısı” başlığı altında hr@aris.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP