Biznes İnkişafı üzrə Menecer
 
JOB TITLE: Biznes İnkişafı üzrə Menecer
EMPLOYER: ATL Academy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-17 LAST UPDATED: N/A DEADLINE: 2021-03-19

ATL Academy proqramlaşdırma sahəsini hərtərəfli əhatə edən və texnologiya sənayesinin tələblərinə cavab verən innovativ təhsil müəssisəsidir. Akademiyamızda Mühəndislik məktəbinin “Code School”, “Product School”, “Cloud Computing School” istiqaməti var . Code School Software Development Fundamentals, Backend və Frontend Software Development proqramlaşdırma təhsili üzrə ixtisaslaşmış bootcamp və seçməli dərslər formatında tədris həyata keçirir. Təlimlər geniş təcrübəyə malik mütəxəssislər tərəfindən hazırlanır və tələbələrə nəzəri biliklər ilə yanaşı, həm də praktiki biliklər öyrədilir. Praktiki vərdişlər bir başa ATL Tech şirkətinin təcrübəli komandası ilə həyata keçirilir.

Vakansiya: Biznes İnkişafı üzrə Menecer

Namizədin qeyd olunmuş fənnlərin mükəmməl səviyyədə nəzəri və təcrübi biliklərə sahib olması mütləqdir;

Vəzifə öhdəlikləri

• Biznesin inkişaf imkanları üzrə mütəmadi təqdiqat və təkliflərin hazırlanması;
• Marketinq fəaliyyətinin şirkət maraqlarına uyğun qurulmasında iştirak və koordinasiyası;
• CRM sisteminin təkmilləşdirilməsi və nəzarəti;
• Yeni müştərilərin tapılması və görüşlərin təşkili;
• Ofisin təmiz saxlanılmasına nəzarət.

Vakansiya üzrə tələblər

• İqtisadiyyat, Menecment, Marketinq və ya uyğun sahədə ali təhsilin olması;
• Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilməsi (rus dili biliyi üstünlükdür);
• Könüllük fəaliyyəti də daxil olmaqla biznesin inkişafı sahəsində ən azı 2 il təcrübənin olması;
• Tədqiqat və təhlil bacarığının olması;
• Müştərilərlə iş və satış sahəsində çalışmağa motivasiyasının olması;
• Ofis proqramlarını yaxşı səviyyədə bilməsi;
• Nəticəyönümlü və məsuliyyətlə işləməsi;
• Yüksək səviyyədə ünsiyyət bacarığının olması.

Maraqlanan namizədlərdən linkə https://jobs.talhunt.az/atlacademy/464-biznes+inkisafi+uzre+menecer keçid edərək, mürəciətlərini təsdiq etmələri xahiş olunur. Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP