
AFB Bank Əməliyyatçı (korporativ əməliyyatlar üzrə mütəxəssis) vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Əməliyyatçı İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil; • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi; • Sahəyə aid olan qayda və normativləri bilməsi; • Gərgin iş qrafikində işləmək bacarığı; • Ünsiyyət qurmaq bacarığı; • Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı,ingilis dili bilənlərə üstünlük verilir; • Ofis proqramlarından mükəmməl istifadə bacarığı; • Komandada işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
• Korporativ müştərilərə Bankın bütün məhsul və xidmətləri haqqında dolğun məlumat və məsləhətlər vermək; • Müxtəlif xidmət sahələri üzrə müştərilərin müraciətlərini qəbul etmək; • Qəbul olunmuş sənədlərin icrasını təmin etmək (bank sistemindən keçirmək); • Bank sistemində hesabların müvafiq qaydada açılmasını təmin etmək; • Depozit, bank əmək haqqı kartları, qiymətli metalları, bank seyfi üzrə əməliyyatlar üçün müştəri müraciətlərini qəbul etmək; • Müştərilər üçün müvafiq qaydada ödəniş tapşırıqlarını tərtib etmək, müvafiq müraciət formlarının doldurulmasında köməklik göstərmək; • Müştərilərin hesabları üzrə tələb etdikləri məlumat və sənədləri hazırlayıb təqdim etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyatçı” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
|