Mühəndis-Texnoloq
 
JOB TITLE: Mühəndis-Texnoloq
EMPLOYER: Croplast DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-17 LAST UPDATED: N/A DEADLINE: 2021-03-19

Croplast” MMC-polietilen boru istehsalı zavodu, Mühəndis-Texnoloq vakansiyasını elan edir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Mühəndis-texnoloq, ətraf mühitin təhlükəsizliyini nəzərə alaraq, mütərəqqi, iqtisadi cəhətdən əsaslandılmış texnoloji proseslərin işlənib hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılışı rejimlərini işləyib hazırlayır;
- İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən təşkil edir;
- Sexdə texnoloji təlimatların, texniki şərtlərin, istehsal prosesində istifadə olunan xammal və materialların sərf normalarının işlənməsində iştirak edir və onların yerinə yetirilməsini nəzarətdə saxlayır;
- Xammala,materiala, əmək sərfinə qənaəti təşkil edir;
- Məhsulun, işlərin(xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejiminin təşkili, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verməsinə nəzarət edir;
Məhsul hazırlayan istehsal sahələrinin, texnoloji avadanlıqların istehsal güclərinin hesabatlarının aparılmasında yaxından iştirak edir;
- Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnolojı sənədləşdirmənin hazırlanmasını, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsinə nəzarət edir;
- Zavod və sexlərdə keyfiyyət müşavirələrində iştirak edir, texnologiyanın vaxtı-vaxtında yoxlanılması işlərini nəzarətdə saxlayır;
- Məmulatın hazırlanması, elm və texnikanın nailiyyətlərinin texnologiyanın tətbiqini həyata keçirir;
- Texnolji sistemlərin layihələşdirilməsi, istehsalat kompleksinin avtomatlaşdırılması təşkil edir;
- Zay və keyfiyyətsiz məhsul buraxılışının və istehsal qəzaları səbəblərinin araşdırılmasında və məhsulların keyfiyyətinin yaxşılaşdırılması, qəzaların qarşısının alınması tədbirlərinin hazırlanmasında fəal iştirak edir.

TƏHSİL/TƏCRÜBƏ:

- Ali-texniki təhsil;
- Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), OHSAS 18001 (Əməyin təhlükəsizliyi və mühafizəsi idarəetmə sistemi), ISO 14001 (Ətraf mühitin idarəetmə sistemi) beynalxalq standartları barədə ümumi məlumatlı olmalıdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühəndis - Texnoloq” yazaraq recruitment@seabreeze.az ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP