
Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC-ə mühəndis-geoloq tələb olunur.
Vəzifə öhdəlikləri
• Əvvəllər yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinin nəticələrinin araşdırılması və potensial sahələrin müəyyənləşdirilməsi; • Kameral şəraitdə layihələrin hazırlanması; • Çöl şəraitində yerüstü sınaqlaşdırma və xəritəalma işlərinin yerinə yetirilməsi; • Buruq-qazma quyularına nəzarət, kern məhsullarının sənədləşdirilməsi; • Çöl şəraitində toplanılmış materialların kameral şəraitdə işlənilməsi, müxtəlif təyinatlı cizgi, sxem, xəritə və planların eləcə də kəsilişlərin tərtibi; • Müasir proqram təminatlarından istifadə edərək müxtəlif elementlər üzrə anomaliyaların hazırlanması; • Əldə edilmiş nəticələr əsasında proqnoz ehtiyatların hesablanması; • Tələb olunan digər tapşırıqların yerinə yetirilməsi və s..
Ümumi tələblər
• Azərbaycan və ətraf regionun geoloji quruluşu haqqında biliklər; • Nəcib və əlvan metal yataqlarının sənaye-genetik tipləri haqqında ətraflı biliklər; • Filiz və qeyri-filiz faydalı qazıntı yataqları haqqında ətraflı biliklər; • Yerüstü xəritəalma vərdişlərinə sahib olmaq (GPS-dən sərbəst istifadə etmək); • Yerli və xarici mütəxəsisslərlə işləmək bacarığı; • Dil bilikləri: Azərbaycan dilində sərbəst, İngilis və Rus dillərində orta səviyyəli danışıq və yazı qabiliyyəti; • Çöl şəraitində yerinə yetirdiyi işlər haqqında müfəssəl hesabat tərtib etmək vərdişi; • Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, aktivlik, çeviklik və məsuliyyətlilik, • Müvafiq sahə üzrə ali təhsil; • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi. • Yaş həddi:50 yaşadək
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi cv@evrascon.com elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
|