Hesabatlıq və büdcələmə şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Hesabatlıq və büdcələmə şöbəsinin mütəxəssisi
EMPLOYER: Avromed Company QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-17 LAST UPDATED: N/A DEADLINE: 2021-03-10

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.

Şirkət Hesabatlıq və büdcələmə şöbəsinin mütəxəssisi vəzifəsinə təcrübəli işçi dəvət edir.

- Şirkətin funksional vahidlərinin məlumatlarına əsasən büdcə tərtib edir və təqdim edilən büdcə təqdimatlarının mümkün risklərə məruz qalıb-qalmamaları baxımından yoxlama aparır və şöbə rəhbərliyi yarana biləcək potensial problemli sahələr barədə məlumatlandırır;
- Məhdudiyyətlərin və nağd pul vəsaitlərinin təhlili əsasında büdcə formalaşması prosesini təmin edir;
- Hesablaşma və bütövlülük baxımından yaranan nöqsanları öncədən aradan qaldırmaq üçün büdcə modelini nəzərdən keçirir;
- Cari maliyyə fəaliyyəti üzrə aylıq və rüblük hesabatların hazırlanmasında iştirak edir;
- Şirkətin bütün fəaliyyət sahələrində cari xərclərin azaldılması üzrə təhlillərdə iştirak edir;
- Elektron cədvəllərdən istifadə etməklə maliyyə modellərini tərtibində iştirak edir;
- Təhlilin nəticələrini ümumiləşdirərək PowerPoint təqdimatlar hazırlayır.məlumatların mütamadiliyini təmin edir.
- Səmərəliliyin, proseslərin və məlumatların keyfiyyətinin artırılması yollarını axtarır, təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsini təmin edir.

Tələblər:

• Maliyyə və ya mühasibatlıq üzrə bakalavr təhsili.
• Maliyyə sahəsində minimum 2 il iş təcrübəsi.
• Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
• Maliyyə hesabatlarının hazırlanması üçün 1C proqramından müvafiq məlumatların təmin edilməsi;
• Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi;
• Beynəlxalq mühasibatlıqla bağlı sertifikatların (ACCA ) F2,F3 olması F7 üstünlükdür.

Dil bilikləri:
• Azərbaycan –Əla
• İngilis dili – yazı əla, danışıq orta
• Rus – tələb deyil, üstünlük verilir.

Peşə bacarıqları:

• Riyazi təfəkkür
• Analitik düşünmə bacarığı və statistik göstəricilərin əldə edilməsi
• Səbr, təmkin və detallara diqqət
• Təzyiq altında işləmək qabiliyyəti
• Güclü problem həlletmə və qərar qəbuletmə bacarıqları;

Maraqlananlar CV-lərini “vacancy@avromed.az” elektron poçt ünvanına 09.03.2021-ci il tarixinədək göndərə bilərlər.
Elektron məktubun mövzu (subject, тема) hissəsində Maliyyə mütəxəssisi yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP